Kiyev “Dinamo”su ilə də qarşılaşacaqlar
Yanvarın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Neftçi" klubunun yoxlama görüşündə qüvvəsini sınayacağı sonuncu rəqibi də müəyyənləşib.
BakuCity.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roberto Bordinin baş məşqçisi olduğu komanda son yoxlama matçını yanvarın 24-də digər Ukrayna təmsilçisi “Desna”ya qarşı keçirəcək.
Xatırladaq ki, "Neftçi" bu oyuna qədər Türkiyədə Polşanın “LKS Lodz” (15 yanvar) və Kiyev “Dinamo”su (20 yanvar) ilə də üz-üzə gələcək. "Ağ-qaralar" Vətənə yanvarın 25-də qayıdacaq.
BakuCity.az