Nərimanovun heykəli: ermənilərin məkirli niyyəti, binalarla "çəpərlənmiş" abidə - FOTO

Bütün bunlara baxmayaraq, Heydər Əliyev öz istəyinə nail oldu

BakuCity.az “Bakının heykəlləri” rubrikası çərçivəsində bu dəfə ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun Azərbaycan SSR Xalq rəssamı Cəlal Qaryağdı tərəfindən Bakının Yasamal rayonunda, N.Nərimanovun adını adını daşıyan prospektdə ucaldılan heykəlindən bəhs edir.

Tunc və qranitdən hazırlanan abidənin memarları Tofiq Abdullayev və Yusif Qədimovdur. 

Abidənin qoyulma tarixi

Moskvada ermənilər N.Nərimanovun heykəlinin qoyulmasına qaşrı çıxırdılar. Nərimanovun heykəli daha uca, kürsü ilə birlikdə 35 metr nəzərdə tutulmuşdu. Amma ermənilər çalışırdılar ki, onun heykəli Kirovun heykəlindən uca olmasın və buna da nail olublar. Heykəlin hündürlüyü 20 metr, pyedestalı isə 12 metr uzunluğunda oldu.

Ümummilli lider Heydər Əliyev də N.Nərimanovun abidəsi barədə fikir bildirərkən, abidənin ucaldılmasının heç də asan başa gəlmədiyini qeyd edib. Heydər Əliyev o vaxtlar heykəlin ucaldılması məsələsi ilə bağlı düz iki dəfə Suslov və Brejnevlə görüşüb. Ümummilli liderin də xatırlatdığı kimi, onlar N.Nərimanov haqqında tamamilə fərqli məlumatlara malik olublar. Bütün bunlara baxmayaraq, Heydər Əliyev öz istəyinə nail olub və heykəlin ucaldılmasında bilavasitə əməyi keçib.

6 iyun 1972-ci ildə paytaxtda “Sovetskaya” adlandırılan ərazidə heykəltaraş Cəlal Qaryağdı tərəfindən 1971-ci ildə qoyulmuş abidənin təntənəli açılış mərasimi keçirilib. Açılışda Heydər Əliyevin özü çıxış edib.

Heykəlin sonrakı taleyi

Təbii ki, 37 il sonra heykəlin materialı çirk və mamırdan təmizlənməli idi. Bu səbəblə 2008-ci ildə abidə rekonstruksiya edildi. Bu dəfə heykəlin postamenti və ön divarı qara mərmər plitələrlə, açıq sarı mərmərlə örtüldü.

Heykəlin sökülməsi ideyası

Azərbaycan müstəqillik qazanandan sonra Lenin, Kirov və Fioletovun, eləcə də XI Qızıl Ordunun və “26-lar” abidəsi götürüldü, lakin N.Nərimanovun heykəlinə toxunulmadı.

2015-ci ildə isə N.Nərimanovun heykəlinin götürülməsi məsələsi yenidən gündəmə gəldi. O vaxt Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Dövlət Bayrağı Günü münasibətilə sosial şəbəkədə paylaşdığı statusda heykəlin hələ də saxlanılmasına kəskin irad bildirmiş, “üçrəngli bayrağı müvəqqəti endirməyə nail olmuş Nərimanovun paytaxtın ən görkəmli yerində əzəmətli heykəlinin hələ də dayandığını” vurğulamışdı.

Qeyd edək ki, ətrafında inşa olunan çoxmərtəbəli binaların sayəsində hazırda N.Nərimanovun heykəlini uzaqdan görünmür.

Ramilə Qardaşxanqızı

Foto: Nicat Alili

BakuCity.az

Bakı Nəriman Nərimanov heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Məktəbli qız yolda qəflətən “Mercedes”in qarşısına çıxıb Bakıda məktəbli qız ölümdən qayıdıb. BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə fevralın 16-da paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb. Həmçinin oxu: Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO Belə ki, məktəbli qız yolda hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına anidən çıxıb. Bu zaman avtomobilin sürücüsü əyləci basıb və məktəbli qəzadan...
Cəmiyyət
Video birmənalı qarşılanmayıb Bakıda həkim pasiyentinin doğuş anının videosunu paylaşıb. BakuCity.az Oxu24.com-a istinadən xəbər verir ki, tanınmış həkim-ginekoloq Aysel Paşayeva qadının uşaq dünyaya gətirməsini çəkərək "İnstagram" hesabında paylaşıb. Qeyd olunan video birmənalı qarşılanmayıb. Bəziləri bu paylaşımı qeyri-etik hərəkət hesab edib. BakuCity.az
Cəmiyyət
Bu gündən yeni avtobuslar işləyir Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən "İsuzu Novociti" markalı avtobuslar cəlb edilib. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Agentliyin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə...
Cəmiyyət
"Bizə “Virus!” deyə qışqıran uşaqlar da olacaq” Çin vətəndaşı Bakıda mənəvi təzyiqə məruz qaldığını iddia edir. Adının çəkilməsini istəməyən çinli qız BakuCity.az-ın redaksiyasına göndərdiyi məktubda kirayədə qaldığı mənzildə qonşuların təzyiqi ilə qarşılaşdığını yazıb. O, dostları ilə birgə Azərbaycana səyahət məqsədilə gəldiyini, lakin koronavirus səbəbindən iki həftədən çoxdur Azərbaycanda qaldığını bildirib. Azərbaycan xalqının çox mehriban olduğunu, l...
Siyasət
“Güc Birlikdədir” şüarı forumun məqsədini açıq göstərir 2020-ci ilin 15 fevral tarixində Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişineu şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədir” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın Forumu keçirilib. BakuCity.az xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədir” şuarı ilə böyük banner quraşdırı...
Siyasət
"Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı" "Məzahir Pənahovun demokratlığı bizim dairənin başında çatladı". BakuCity.az xəbər verir ki, bunu deputatlığa namizəd Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib: "Məlum səbəbdən digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb təhlil edirəm... Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı...
Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az