Bakıda 24 yaşlı gəncin intihar səbəbi - “R” deyə bilmirdi

Bakıda 24 yaşlı gəncin intihar səbəbi - “R” deyə bilmirdi

İş tapa bilmədiyinə görə intihar edib

Bu gün səhər saatlarında Bakıda intihar hadisəsi baş verib. 

BakuCity.az Sfera.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Səxavət Paşazadə yaşadığı evin qarşısında özünü asıb. Bu barədə məlumat yayan dostu Tacəddin Qara intiharın səbəbini də açıqlayıb.

Dostunun sözlərinə görə, Səxavət Paşazadə iş tapa bilmədiyinə görə intihar edib.

"16 illik dostum bu gün səhər saatlarında həyətlərində özünü asaraq intihar edib. Özünü asmasının səbəbi isə bir ilə yaxındır ki, iş tapa bilməməsidir. Boylu-buxunlu biri sadəcə "r” hərfini deyə bilmədiyinə görə il ərzində CV göndərdiyi, müraciət etdiyi dövlət və özəl qurumlar onu işə götürmürdü.

Heç bir problemi, borcu olmayan insan işsizlikdən bezib. "Hamı nitqində problemin var” deyib işə qəbul etmirdi. Bu nə dərəcədə düzgündür axı ay iş adamları, ay "Azpetrol”, ay cənab nazir?! Əsgərliyə aparanda problem olmur, amma MAXE düzələndə "məruzə edə bilməzsən” deyib işə götürmürlər. Nəticədə 23 yaşlı boylu-buxunlu bir insan ondan 2 manat yol pulu, bundan 2 manat siqaret pulu almaqdan bezib”, - deyə mərhumun dostu bildirib.

Bakıda 24 yaşlı gəncin intihar səbəbi - “R” deyə bilmirdi, fotoşəkil-1

BakuCity.az

Bakı gənc intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər