Üç tələbə qız boğularaq ölüb
Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.
BakuCity.az Oxu.az-a istinadla xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi, 60 ünvanında qeydə alınıb.
Ümümi sahəsi 36 m² olan birotaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb.
Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət göstərən Qərbi Kaspi Universitetinin tələbələri olublar.