Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Alay komandiri, polkovnik Rəşadət Babayevi vəzifəsindən azad edib.
BakuCity.az-ın məlumatına görə, nazirin digər əmri ilə bu vəzifəyə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.
Həmçinin oxu: Bakı yol polisinin işdən çıxarılan rəisi şəhərdə şəxsi radarlar quraşdırıbmış - İDDİA
Xatırladaq ki, bir müddət əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
BakuCity.az