Sabiq polis rəisi Nərminin qətlindən danışdı: "Caninin məqsədi iz itirmək olmayıb"

"Əgər cani uşağın dırnaqlarını iz itirmək məqsədilə kəsibsə, daha niyə təkcə qurşaqdan aşağı yandırıb?"

“Hadisə kiçik bir kənd ərazisində olduğu üçün bu cinayət faktının üstünün açılması asan bir işdir. Çünki qız kənddə yoxa çıxıb və yandırılmış halda olan cəsədi də kənddə tapılıb. Uşağın əmisigilə getdikdən sonra yoxa çıxdığı nəzərə alınaraq, birmənalı olaraq bütün qohumlar, qonşular, tanışlar istintaqa cəlb olunmalıdır”.

BakuCity.az-ın məlumatına görə, bu sözləri Axar.az-a sabiq polis rəisi Mahmud Hacıyev Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın bir neçə gün öncə evlərinin yaxınlığında yanmış meyitinin aşkarlanması ilə bağlı danışarkən deyib.

M.Hacıyevin sözlərinə görə, bu məsələdə əsas diqqət edilməli məqam ailənin uşaq itdikdən neçə gün sonra polisə müraciət etməsidir:

“Təcrübəmə əsaslanaraq deyirəm ki, bu kimi hallar baş verdikdə itkin düşmüş şəxsin ailəsi, qohumları polisə gec müraciət edir. Ailə həmişə axtarışı özü aparır və burada da bir qədər gecikir. Bu kimi hallarda, xüsusilə itkin hadisəsi kiçik bir kənddə baş verəndə, adətən, üstü tez açılır. Səbəb də odur ki, kənd kiçikdir, bir milyonluq şəhər deyil ki, proses çətin olsun. Kənddə hamı bir-birini tanıyır, giriş-çıxış məhdud dərəcədə olur. Həmçinin əksər kəndlərdə məskunlaşan 10 qonşudan 6-sı bir-biri ilə qohum olur. Belə bir məkanda itkin düşən bir şəxsin 2 ay müddətində tapılmaması mümkün deyil, bu, bir qədər suallar doğurur.

Əgər ailə polisə tez müraciət edibsə və polis də dərhal axtarış elan edib, axtarışlara da start verilibsə, ehtimal etmək olar ki, qaçırılan uşaq kənddə saxlanılmayıb. Burada müəmma ondan ibarətdir ki, balaca bir kənddə uşaq yoxa çıxa, 2 ay sonra bir əraziyə meyiti atılıb yandırıla və bu barədə kənddə heç kəsin məlumatı olmaya”.

Həmçinin oxu: Nərminin nənəsi əmisindən şübhələnir: Efirə getməyən kadrlar - VİDEO

Sabiq polis rəisi bildirib ki, bu kimi ağır cinayət işlərində istintaqı prokurorluq müstəntiqləri ilə polis əməliyyatçıları aparır:

“Bu kimi cinayətlərdə istintaqı prokurorluğun müstəntiqi aparır. Lakin ona da polisin əməliyyatçıları yaxından köməklik edir. Çünki o, əməliyyatçılara tez-tez istintaq tapşırıqları verir. Kompleks halında polis əməliyyatçıları ilə prokurorluğun müstəntiqi yüksək səviyyədə işləyəndə bu kimi cinayətlərin üstü tez açılır”.

M.Hacıyev bildirib ki, meyitin yandırıldıqdan sonra məhz evin yaxınlığına atılması qisas da ola bilər:

“Cəsədin iz itirilmək məqsədilə yandırıldığını düşünmürəm. İzi itirmək məqsədilə cəsəd yandırılsaydı, bütünlüklə yandırılardı. Cəsədin qurşaqdan aşağı nahiyəsinin yandırılması suallar doğurur. Cani cəsədi tam yandırmaq fikrində olub, buna nail olmasa belə, bəs nə üçün onu evin yaxınlığında bir əraziyə atıb? Bu kimi cinayətlərdə, adətən, iz itirmək məqsədilə cəsəd yandırılır və bu da həmin məkandan 100 kilometrlərlə uzaqda həyata keçirilir. Burada caninin məqsədi iz itirmək olmayıb. Olsaydı, bunu daha uzaqda edərdi, cəsədi tam yandırar, basdırardı.

Burada diqqət edilməli bir məqam da var. Müəyyən edilsə ki, öldürülməzdən əvvəl azyaşlıya qarşı təcavüz olub, bu zaman istintaq başqa istiqamətdə aparılır. Əgər təcavüzün olmadığı müəyyən edilsə, araşdırma tamam başqa istiqamətdə yönləndirilir. Bu, işin açılması istiqamətində çox ciddi məqam və sübut növüdür.

Uşağın dırnaqlarının kəsildiyi deyilir. Əgər cani uşağın dırnaqlarını iz itirmək məqsədilə kəsibsə, daha niyə təkcə qurşaqdan aşağı yandırıb? Cəsədi bütünlüklə də yandıra bilərdi, bu zaman - cəsəd bütünlüklə yandığı üçün - dırnaqlar da yanmış olacaqdı, dırnaq arasında canidən qalma ehtimalı olan dəri də.

Bu məsələdə olduqca diqqətli olmaq lazımdır.

Birmənalı olaraq bu məsələdə bütün qohumlar, qonşular, tanışlar istintaqa cəlb olunmalıdır. Qaçırılma, cinayət hadisəsi də böyük arealda baş verməyib. Hər şey kənd ərazisində baş verib”.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...