Cinayət işi açılıb
Ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək ölən 3 əcnəbi qız Qərbi Kaspi Universitetinin tələbələri deyil.
BakuCity.az-ın məlumatına görə, bu barədə Azvision.az-a universitetin mətbuat katibi Vüsal Məmmədov bildirib.
Onun sözlərinə görə, əcnəbi qızlar universitetdə ingilis dili kurslarında dinləyici olublar:
“Onlar hər hansı fakültədə oxumayıblar. Sadəcə ingilis dili kurslarında dinləyici olublar. Yəni bizim tələbələrimiz deyil”.
Qeyd edək ki, gecə saatlarında Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənərək ölüb. Həlak olan şəxslər Şri-Lanka vətəndaşlarıdır. Onlar Jayakodi Arachchige, Tharuki Amaya və Malsha Sandeepanidir. Hadisə isə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Qızların fotoları: