Telman İsmayılovun qohumundan “Ferrari” əməliyyatı - Bakıda həbs

"Hər gün "Ferrari" alırsan ki, necə aldığını, necə sənədləşdirildiyini bilmirsən?"

Azərbaycanda doğulub-böyümüş iş adamı Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.

BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Həmin şahidlər 230 min dollarlıq "Ferrari"nin V.Babayev tərəfindən ələ keçirilməsi epizodu üzrə dindiriliblər.

Belə ki, V.Babayev zərərçəkmiş kimi tanınan Elmar Heybətovdan "Ferrari" markalı abtomobili alaraq 230 min dollara satacağını deyib. Amma vədinə əməl etməyib və E.Heybətovdan baş etibarnamə ilə maşını aldıqdan sonra başqa şəxsə ucuz qiymətə sataraq pulu ələ keçirib.

V.Babayev "Ferrari"ni 155 min dollara Mirkazım Cavadova satıb. M.Cavadov məhkəmədə şahid qismində  ifadəsində deyib ki, V.Babayevi tanışlarından biri vasitəsi ilə tanıyıb və yaxın münasibətləri olmayıb:

"Maşını satdığını deyəndə əvvəlcə qiymətdə razılaşmadıq. Bir neçə yerə qiymət deyilmişdi. Sonda 155 min dollara razılaşdıq. Sənədləşmə olanda maşın qardaşımın adına keçirildi".

O bildirib ki, sonradan maşını 210 min dollara başqa şəxsə satıb. Hakimin “Maşını alan zaman sahibinin kim olduğunu bilirdinmi” sualına cavabında isə M.Cavadov deyib ki, bu məsələ onu maraqlandırmayıb: "Vüqar baş etibarnamə ilə maşını mənə satıb. Mənim üçün maraqlı deyildi ki, maşın kimindir. İndi maşınların çoxu birbaşa sahibi yox, etibarnamə verilmiş şəxs tərəfindən satılır. Mən bu məsələni bilmirdim. Bu, onların arasında olan məsələ idi".

“Maşının dəyərindən xeyli ucuz satılması onu heç şübhələndirməyib” sualına gəlincə, M.Cavadov belə cavab verib:

"Gündə nə qədər adam maşın alıb-satır. Kimi ucuz, kimi baha satır. Mən də maşını alıb-satmışam. Kimdənsə məcburi olaraq maşın almamışam. Həm də maşın birinci mənə yox, başqa alıcılara da təklif olunub".

Məhkəmədə şahid qismində M.Cavadovun qardaşı Ağacan Cavadov da ifadə verib. O da qardaşı kimi eyni məzmunlu ifadə verib. Məlum olub ki, A.Cavadov da maşının əsas sahibi, mülkiyyətçisi Elmarı tanıyıb. A.Cavadov deyib ki, maşının kim tərəfindən satılması onun üçün də maraqlı olmayıb:

"Bəlkə Vüqarın Elmara, ya da Elmarın Vüqara verəcəyi var? Bu bizim işimiz deyil. Mən polis, prokuror deyiləm ki, gedib bunu araşdıram. Maşın satılıb, biz də almışıq".

Ağacan suallara aqressiv cavab verdiyi üçün hakim ona xəbərdarlıq edib. İşlə bağlı bəzi epizodları xatırlamayan Ağacandan hakim soruşub: "Hər gün "Ferrari" alırsan ki, necə aldığını, necə sənədləşdirildiyini bilmirsən?". Ağacan qısa olaraq belə deyib: "Hə, mənim indi də iki "Ferrari"m var".

Məhkəmə araşdırması davam etdirilir. Təqsirləndirilən V.Babayev deyib ki, ümumilikdə zərərçəkmiş Elmar Heybətova 40 min dollar ödəyib.

İttihama görə, V.Babayev külli miqdarda dələduzluq edib. O, tanışı E.Heybətovun 230 min dollarını ələ keçirib. Bundan başqa, V.Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb. Elan olunmuş ittihamla V.Babayev özünü qismən təqsirli bilib. Deyib ki, oğurluq ittihamı ilə qətiyyən razı deyil.

O bildirib ki, eyni binada yaşadığı tanışı ondan "Ferrari" almasını xahiş edib. Buna görə də ona 230 min dollar verib. Maşının sənədləşdirilməsində problem olub və bu iş alınmayıb.

Sərbəst ifadə verən V.Babayev deyib ki, lüks maşın həvəskarı olub. Onun dediyinə görə, ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi olub.

O, "Maseratti", "Ferrari", "Mercedes", BMW və bir çox məşhur avtomobil firmalarının lüks modellərin sahib olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.

Hakim ondan bahalı maşınları necə əldə etməsini, gəlir mənbəyini soruşub. V.Babayev heç bir yerdə işləmədiyini, babasının Telman İsmayılovun qardaşı Çingiz olduğunu deyib. O bildirib ki, anası Telman İsmayılovun qardaşı Çingizin qızıdır.

Babayev izahatında yazıb ki, istədiyi maşını alıb və bir neçə il sürüb. Yeni model çıxdıqda isə maşını sataraq yenisi ilə dəyişib. O, lüks avtomobillərini Bakıdakı avtomobil salonlarında satdığını deyib.

Məhkəmədə məlum olub ki, V.Babayev Bakıda yaşadıqları mənzili də satıb. Daha sonra isə kirayə mənzildə yaşayıb. İttihamda göstərilir ki, V.Babayev kirayədə yaşadığı mənzildəki mikrodalğalı sobanı, qabyuyan maşını və televizoru da götürərək satıb. Amma Babayev bununla razılaşmır, deyir ki, həmin əşyalar xarab olduğu üçün atıb. V.Babayevin dedikləri məhkəməyə inandırıcı gəlməyib.

Hakim soruşub ki, xarab olan əşyaları niyə mənzilin yiyəsinə verməyib? V.Babayev deyib ki, bunu etmək ağlına gəlməyib və xarab olduğu üçün zibilxanaya atıb. O deyib ki, həmin əşyaların yerinə yenisini alacaqmış.

O da məlum olub ki, V.Babayevin xanımı istintaqda ifadə verərkən evindən əşyaların aparıldığını bildirib. Onun sözlərinə görə, əşyaları V.Babayev aparıb. V.Babayev bunu ilk dəfədir eşitdiyini deyib. Bildirib ki, həyat yoldaşının bu cür ifadə verməsindən xəbərsizdir.

BakuCity.az

Bakı məhkəmə Ferrari Telman İsmayılov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qonaqların turizm məkanlarına səfərləri də təşkil olunacaq Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq.  BakuCity.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Tədbirə Azərbaycanın rəsmi turizm nüm...
Mədəniyyət
2015-ci ildə “Qremmi” alıb Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş “Qremmi” mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək. Heydər Əliyev Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.Dayan Rivs, həmçinin Corc...
Cəmiyyət
İşçi qrupu yaradılıb Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq. BakuCity.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "APA-Economics"ə deyib. Onun sözlərinə görə, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir. Qey...
Cəmiyyət
İlk olaraq bir yataqxana binası istifadəyə veriləcək Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir. BakuCity.az xəbər verir ki, bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb: Həmçinin oxu: Bakıda 42 milyon dollara iki t...
Cəmiyyət
Problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır Qida Təhlükəsizliyi Agentliyi​nə tabe olan "Qida Təhlükəsizliyi İnstitutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılaraq özəl sektora təhvil veriləcək. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq. Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rü...
Cəmiyyət
Polis araşdırmağa başladı Bakıda sürücünün kobud qayda pozuntusu sosial şəbəkələrdə görüntülənib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb. Rusiyada qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayd...
Cəmiyyət
Ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib. BakuCity.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər Oxu.az-a bildiriblər.  Sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədilə məhv edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəi...
Cəmiyyət
Bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr veriləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsində...
Cəmiyyət
Müqavilənin müddəti vətəndaşın istəyinə uyğun müəyyən ediləcək Artıq Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün yeni mexanizm işə düşüb. Müraciətlər Elektron Hökumət Portalı üzərindən İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə elektron imzadan istifadə etməklə həyata keçirilir. Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ərazilərin ilkin ünvanı da artıq bəllidir. BakuCity...