Nərminin qatili tapıldı - İDDİA

"Qatil 36 yaşlı İlkin adlı şəxsdir"

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılıb.

BakuCity.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Həmçinin oxu: Sabiq polis rəisi Nərminin qətlindən danışdı: "Caninin məqsədi iz itirmək olmayıb"

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.

News24.az isə yazır ki, qatil 36 yaşlı İlkin adlı şəxsdir. O, Nərmingilin evlərindən 600-700 metr aralıda yaşayır və ailəni yaxından tanıyır.

Araşdırma zamanı o da məlum olub ki, mərhum azyaşlı bir neçə gün qaranlıq zirzəmidə saxlanılıb.

Həmçinin qeyd olunur ki, Nərmin Quliyevanı öldürən şəxs polisə ilk məlumat verən qonşusu İlkin Süleymanovdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Teleqraf.com-a açıqlamasında isə bildirib ki, 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Külək arabir güclənəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havan...
Cəmiyyət
Avtomobil ərazidən təxliyə edilib Bakıda qanunsuz parklanma nəqliyyatın hərəkətinə mane olub. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BakuCity.az-a bildirib ki, "Mercedes ML" markalı avtomobilin qeyri-qanuni park edilməsi təxminən yarım saat müddətinə Zərgərpalan küçəsində hərəkətin dayanmasına səbəb olub. Bu müddətdə həmin küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb. BNA əməkdaşları avtomobili ərazidən təxliyə edib. B...
Cəmiyyət
Sağlamlıq imkanları məhduddur Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, Baş İdarə və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan...
Cəmiyyət
Araşdırma aparılır 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən məktəbdən bildirilib. Məktəbdən verilən məlumata görə, məktəbin direktoru Firəngiz Həmidova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb: "Firəngiz xanım vəzifəsindən kənarlaşdırılıb. Yerinə də başqa adam təyin olunub. Hazırda araşdırma aparılır”. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmə...
Cəmiyyət
"Cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirilir" Azərbaycan Baş Prokurorluğu 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin səsləndirdiyi iddialarla bağlı açıqlama yayıb. Qurumun Mətbuat Xidmətindən BakuCity.az-a daxil olan açıqlamada deyilir: "Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin mü...
Mədəniyyət
Sovet reallıqları ilə bağlı süjetlərə siyasi plakatlar güclü təsir göstərib Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisini təqdim edir. Xalça Muzeyindən BakuCity.az-a verilən məlumata görə, sərginin əsas mövzusu Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 1920-1970-ci illərə aid Sovetlər dönəmi motivli xalça və tikm...
Cəmiyyət
Yolun hər iki tərəfi çəpərlənəcək Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin inşasının bu ilin may ayının sonuna qədər yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Baku.ws-ə deyib. Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun təməli 2018-ci ildə qoyulub: “Mövcud yol öz başla...
İdman
Bütün oyunlarda məğlub olublar Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir. BakuCity.az "Report"a istinadən məlumat verir ki, bu gün Premyer Liqa təmsilçilərindən 2-si yoxlama görüşlərində qüvvələrini sınayacaq. "Keşlə" son yoxlama matçında bu dəfə Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisinin oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. "Neftçi" klubu da Antalyada...
Ekologiya
Yağıntı arabir intensivləşəcək Paytaxt sakinləri bu gün cari qış fəslinin ilk qarını müşahidə edə biləcəklər. BakuCity.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. U.Tağıyeva bildirib ki, bu il yanvarın 21 günü ərzində Bakıda şaxtalı hava qeyd edilməyib, orta sutkalıq temperatur isə normadan 1,8 dərəcə, yanvarın 7-də isə 4,3 dərəcə yüksək olub. Müqayisə üçün...