Ailə üzvlərinə təhvil verilib
Şəmkir rayonunda itkin düşən qız tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan BakuCity.az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayonu Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Həmçinin oxu: 18 yaşlı qız itkin düşdü - FOTO
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun Sumqayıt şəhərində olduğu müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
BakuCity.az