Bakıda Çin Yeni ili keçirildi - FOTO

Azərbaycan Milli Xalça Muzeyində Çin Yeni ili

Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni iliniz mübarək @Bakı” adlı silsilə tədbirlərin açılışı olub.

BakuCity.azxəbər verir ki, ictimai xadimlərin və mədəniyyət nümayəndələrinin də qatıldığı açılış mərasimi yanvarın 9-da baş tutub.

Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Qo Min çıxış edib. O, çinlilərin dörd min ildən artıq tarixə malik, bir çox ənənələrlə, ayinlərlə zəngin Bahar bayramını böyük təmtəraqla keçirdiyini deyib:

“Çin Bahar bayramında bütün ailə bir yerə toplaşır. İnsanlar yeni ilə bir neçə gün öncədən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır, fişəng atılır və s.”.

Səfir Qo Min hazırda yüzdən çox ölkədə Çin Yeni ili tədbirlərinin keçirildiyini, bu bayramın ölkəsinin vizit kartına çevrildiyini diqqətə çatdırıb. O həmçinin  ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib, tədbirin keçirilməsində göstərdikləri köməyə görə Azərbaycan Milli Xalça Muzeyinə və Bakıdakı Konfutsi İnstitutuna minnətdarlığını bildirib.

Sonra Çin Bahar bayramı ilə bağlı video-çarx nümayiş etdirilib. Tədbir musiqi proqramı ilə davam edib, Çin xalq rəqsləri ifa olunub, Çin xalq musiqi alətlərində əsərlər səsləndirilib.

Daha sonra qonaqlar Çinin tarixinə, mədəniyyətinə həsr olunmuş nəşrlər, milli geyim nümunələri, Çin ənənəvi kuklaları, Çinin ecazkar mənzərələrinin əks olunduğu fotoşəkillərdən ibarət ekspozisiya ilə tanış olublar. Bununla yanaşı, tədbir iştirakçıları qədim Çin çay mərasimi, kağız fənərlərin, makrame texnikasında qolbağıların hazırlanması, ənənəvi açıqcaların ieroqliflərlə yazılması və s. üzrə ustad dərslərində iştirak ediblər.

Çin Yeni ilinə həsr olunmuş ustad dərsləri yanvarın 18-dək, hər gün saat 14-dən 16-dək davam edəcək. Eyni zamanda, yanvarın 11-də, saat 14:00-da Çin incəsənətinə dair mühazirə olacaq. Ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılır, onlara Çin dilindən tərcümədə həmin təhsil ocağının tələbələri kömək edir. Həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulan bu tədbirlər ödənişsizdir.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Çin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Azərbaycan Respublikasında 10-dan çox insanda yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstə...
Cəmiyyət
Koronavirusa görə parklarda skamyalar yığışdırılıb Bakı və Sumqayıt şəhərləri ərazisində yerləşən parklarda insanların oturması üçün nəzərdə tutulan skamyalar tərsinə çevrilib. BakuCity.az "Report"a istinadən xəbər verir ki, buna səbəb koronavirus infeksiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində insanların sıxlığını tənzimləmək məqsədilə bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılmasıdır. Qeyd...
Siyasət
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1,7 milyon dollar ayırıb COVID-19 virusunun yayılması ilə mübarizə üçün ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon dollar həcmində yardım ayırıb. Bu barədə BakuCity.az ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanmasında və əsaslı nəzarət işlərinin aparılma...
Ekologiya
29 martda gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı,  arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gec...
Cəmiyyət
Avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qaydalara əsasən, mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vu...
Mədəniyyət
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib BakuCity.az-ın məlumatına görə, müraciətdə deyilir: "Bu günlər koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir. M...
Cəmiyyət
"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim" BakuCity.az xəbər verir ki, bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib. Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır. O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilmə...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib BakuCity.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.  Bildirilib ki, Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük maşını toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq, sıxılı vəziyyətdə qalan...
Biznes
Azərbaycan bazarında elektromobillərə tələbat böyük deyil. BakuCity.az xəbər verir ki, bunu Trend-ə Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov deyib. Onun sözlərinə görə, elektromobillər Azərbaycan üçün ona görə səmərəli deyil ki, bu maşınlar üçün müvafiq infrastruktur yoxdur: "Yeni elektrokarın qiyməti 20 min dollardan çoxdur. Onlar hələlik qış aylarında adekvat işləmir. Amma Azərbaycan yaxın gələcəkdə elektromobillərdən istifad...