Bakıda yüksək sürətlə dönən yük maşını aşdı - VİDEO

Bakıda yüksək sürətlə dönən yük maşını aşdı - VİDEO

Hasara ciddi ziyan dəyib

Bakıda qəza törədən yük avtomobilinin yeni videogörüntüləri yayılıb.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, “Ukrayna” dairəsi yaxınlığında baş verib.

Belə ki, 42BG765 nömrəli dövlət qeydiyyat nişanlı TIR markalı yük maşını yolda yüksək sürətlə hərəktədə olan zaman sürücü avtomobili sol tərəfə dönmək istəyib. Bu zaman yük maşını aşıb.

Nəticədə TIR-a və yolun kənarındakı hasara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı yük maşını qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər