Bakıda məhbusa "şirin narkotik" ötürmək cəhdi baş tutmadı - FOTO

Bakıda məhbusa "şirin narkotik" ötürmək cəhdi baş tutmadı - FOTO

Qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 və 8 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3; 68.1; 68.1.1-1; 67.1 və 93.1.2-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əhmədov Vahid Elşən oğluna qardaşı Ağcabədi rayon sakini Əhmədov İdris Elşən oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 0,374 qram psixotrop maddə - metamfetamin, 0,541 qram narkotik maddə - tiryək və 0,341 qram narkotik maddə - heroin aşkar edilib.

Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsinə əsasən 18 il 10 gün müddətinə azadlıqdan məhrum edilmiş və 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Kazımov Amin Rahim oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Ağcabədi rayon sakini Kazımov Samir Rasim oğlunun gətirdiyi əşyalara və üzərinə baxış keçirilən zaman ayaqqabısının daban hissələrində xüsusi üsulla gizlədilmiş 1 ədəd Samsung markalı mobil telefon aparatı və daxilində danışıq kartı olan 1 ədəd Bright Quick markalı mobil telefon aparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bakıda məhbusa "şirin narkotik" ötürmək cəhdi baş tutmadı - FOTO, fotoşəkil-1 Bakıda məhbusa "şirin narkotik" ötürmək cəhdi baş tutmadı - FOTO, fotoşəkil-2 Bakıda məhbusa "şirin narkotik" ötürmək cəhdi baş tutmadı - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı məhbus cəzaçəkmə müəssisəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər