Hindistanlılar Şəhidlər xiyabanında klip çəkdirdi: Deputat və polis işə qarışdı - VİDEO

Hindistanlılar Şəhidlər xiyabanında klip çəkdirdi: Deputat və polis işə qarışdı - VİDEO

Deputat da sərt tənqid etdi

Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib.

BakuCity.az xəbər verir  ki, görüntülər sosial şəbəkələrdə yayılıb. Şəhidlər xiyabanındakı qəbirlərin önündən ritmik mahnı sədaları altında qaçan və oynayan bu gənclərin orada çəkiliş aparması yaxşı qarşılanmayıb.

Polisin də işə qarışdığı deyilir. "Modern”in yazdığına görə, hazırda məsələ Səbail rayon Polis İdarəsində araşdırılır.

Sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradan klip haqda Milli Məclisin deputatı Aydın Mirzəzadə də sərt fikirlər yazıb.

Deputat ölkəmiz üçün müqəddəs sayılan məkanda belə hərəkətin yolverilməz olduğunu bildirib:

"Bu gün bir qrup Hindistan vətəndaşının Şəhidlər xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə xəbər yayıldı. Həmçinin həmin görüntülər yayıldı. Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir. Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deportasiya edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılmalıdır”.

BakuCity.az

Şəhidlər xiyabanı klip Hindistan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər