Nərminin qatili ilə bağlı FAKTLAR - FOTO

Subaydır, ali təhsillidir

Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47 yaşlı İlkin Süleymanov törətdiyi cinayəti etiraf edib.

BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki, İ.Süleymanov N.Quliyevanın yandırılmış bədənini görən ilk şəxs olub.

Qatil subaydır və ali təhsillidir. O, 3 dil (Azərbaycan, rus və ingilis) bilir. Rusiyada oxuyub və işləyib. Son illərdə valideynləri ilə yaşayırdı.

İ.Suleymanov Şərif Quliyevin (Nərminin atası) evindən 500 metr məsafədə yaşayırmış. Bütün bu vaxt ərzində İlkin Nərmini kəndin ərazisində ailəsinə məxsus evdə gizlədirdi.

Həmçinin oxu: 10 yaşlı Nərmin 5 gün əvvəl ölüb: Başını əzib, dırnaqlarını kəsiblər - VİDEO

O, törətdiyi əməllərin hamısını bu gün polisə detalları ilə danışıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir:

“Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işsiz, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Çindən gələnləri mütləq yoxlamaq lazımdır" Çindən Azərbaycana gələnlər mütləq hava limanında koronavirusla bağlı yoxlamadan keçirilməlidirlər. BakuCity.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Report”a açıqlamasında deyib. Onun sözlərinə görə, Çinə gedən Azərbaycan vətəndaşları da ehtiyatlı olmalı, özlərini qorumalıdırlar: “Azərbaycanda koronavirusa yoluxma riski var. Çünki Azərbaycanla Çin arasında sıx gediş-gəliş mövcuddur. Ç...
Cəmiyyət
Xidmətlərdən məmnunluq əmsalı 100%-ə yaxındır Bakı şəhərində daha 2 "ASAN xidmət" mərkəzi inşa edilir. BakuCity.az xəbər verir ki, bu barədə Trend-ə "ASAN xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib. Onun sözlərinə görə, hazırda ölkədə 16 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir: "Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. ​Bu il T...
Cəmiyyət
Nəticələr 26 yanvarda açıqlanacaq Bu gün “Baku Coffee & Tea Festival 2020”-yə start verilib. BakuCity.az xəbər verir ki, ilk dəqiqələrdən ziyarətçi axını ilə müşahidə olunan festival tədbirin ilk çempionatı olan "Azerbaijan Latte Art Championship"lə davam edib. Çempionatda ümumilikdə 6 barista mübarizə aparacaq. Yarışın şərtinə əsasən, baristalar südlü qəhvənin üzərində müşahidəçilərin nəzarəti altinda müxtəlif rəsmlər çəkməlidirlər. Çempionatın nəticəsi f...
Cəmiyyət
Problemi bir-birinin üstünə atırlar Bakıda Şəhidlər xiyabanında uzun illərdir ki, fiziki məhdudiyyətli insanların rahat hərəkəti üçün şərait yaradılmır, xiyabanın əsas giriş hissəsindəki pilləkənlərdə panduslar yoxdur. BakuCity.az hər il 20 yanvar günü gündəmə gələn bu məsələni araşdırıb. Müxtəlif vaxtlarda və xüsusi tədbirlər zamanı xiyabanı ziyarət etmək istəyən Qarabağ qaziləri, ümumilikdə əlilliyi olan vətəndaşlar yalnız girişdə olan pilləkənlərə qədər...
Ekologiya
Külək arabir güclənəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havan...
Cəmiyyət
Avtomobil ərazidən təxliyə edilib Bakıda qanunsuz parklanma nəqliyyatın hərəkətinə mane olub. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BakuCity.az-a bildirib ki, "Mercedes ML" markalı avtomobilin qeyri-qanuni park edilməsi təxminən yarım saat müddətinə Zərgərpalan küçəsində hərəkətin dayanmasına səbəb olub. Bu müddətdə həmin küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb. BNA əməkdaşları avtomobili ərazidən təxliyə edib. B...
Cəmiyyət
Sağlamlıq imkanları məhduddur Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, Baş İdarə və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan...
Cəmiyyət
Araşdırma aparılır 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən məktəbdən bildirilib. Məktəbdən verilən məlumata görə, məktəbin direktoru Firəngiz Həmidova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb: "Firəngiz xanım vəzifəsindən kənarlaşdırılıb. Yerinə də başqa adam təyin olunub. Hazırda araşdırma aparılır”. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmə...
Cəmiyyət
"Cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirilir" Azərbaycan Baş Prokurorluğu 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin səsləndirdiyi iddialarla bağlı açıqlama yayıb. Qurumun Mətbuat Xidmətindən BakuCity.az-a daxil olan açıqlamada deyilir: "Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin mü...