Araşdırma aparılacaq
Bakı-Moskva təyyarəsinin komandirinin uçuş müddətində bir neçə dəfə pilot kabinəsini tərk etməsi, sərnişinlə söhbət etməsi ilə bağlı görüntülər yayılıb.
BakuCity.az "News.ru"ya istinadən xəbər verir ki, bu, yanvarın 7-si Bakı-Moskva aviareysi üzrə uçan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus “Airbus320” təyyarəsində qeydə alınıb.
Rusiya saytı tərəfindən AZAL-a göndərilən sorğuya cavabda isə bildirilib ki, araşdırma aparılacaq, qayda pozuntusu aşkar edilərsə, müvafiq tədbirlər görüləcək.
Lakin Rusiyanın Uçuş Heyəti Həmkarlar İttifaqının vitse-prezidenti Alfred Malinovski komandirin bu hərəkətini qəbahət saymır:
"Təyyarə komandiri zəncirlənmiş kölə deyil ki. Onu əvəzləyəcək ikinci pilot var. Komandir salona keçib vəziyyətə baxa, sərnişinlərlə söhbət edə bilər".