Bakıya 7 milyon manatlıq avtomobil gətirildi - FOTO

Bakıya 7 milyon manatlıq avtomobil gətirildi - FOTO

Sürəti saatda 443 kilometrə çatır

2019-cu ilin dekabrın 30-da Bakıya yeni “Bugatti Chiron” markalı avtomobil gətirilib.

BakuCity.az Azpolitika.info-ya istinadən verdiyi məlumata görə, yayılan fotolardan belə məlum olur ki, avtomobil "Silk Way" aviaşirkəti vasitəsilə gətirilib. Avtomobili kimin gətirdiyi məlum olmasa da, qiymətinin fantastik olduğunu söyləmək olar.

Belə ki, 2016-cı ildən istehsalına başlanan “Bugatti Chiron” markalı avtomobilin qiyməti 2,5 milyon avrodan, yəni 5 milyon manatdan başlayır. Avtomobil alınarkən ödənilən vergiləri, daşınma və gömrük rüsumunu da (avtomobilin ən aşağı qiymətə alındığı qəbul olunsa, minimum 1,7 milyon manat rüsum ödənilməlidir) və digər kiçik xərcləri də nəzərə alsaq, “Bugatti Chiron”un Bakya gəlib çıxması üçün sifarişçisinin ən azı 7-8 milyon arası vəsait ödədiyini demək olar.

Qeyd edək ki, Fransanın “Bugatti” şirkəti tərəfindən istehsal olunan “Chiron” modeli dünyadakı ən sürətli hiper-avtomobil hesab olunur.

Mühərriki 1500 at gücündə olan avtomobilin sürəti saatda 420 kilometrdir. Ancaq 2018-ci ildən sonra istehsal olunan “Bugatti Chiron” modelində sürətin saatda 443 kilometrə qədər artırıldığı bildirilir. Avtomobil bu sürəti cəmi 9 saniyədə yığır.

Onu da qeyd edək ki, “Bugatti” şirkəti “Chiron” modelindən cəmi 500 ədəd buraxmağı planlaşdırıb. İndiyə qədər bu modeldən neçə ədədini istehsal edərək satdığı barədə məlumat olmasa da, birinin artıq Azərbaycana gətirildiyi məlumdur.

Bakıya 7 milyon manatlıq avtomobil gətirildi - FOTO, fotoşəkil-1 Bakıya 7 milyon manatlıq avtomobil gətirildi - FOTO, fotoşəkil-2 Bakıya 7 milyon manatlıq avtomobil gətirildi - FOTO, fotoşəkil-3 Bakıya 7 milyon manatlıq avtomobil gətirildi - FOTO, fotoşəkil-4 Bakıya 7 milyon manatlıq avtomobil gətirildi - FOTO, fotoşəkil-5

BakuCity.az

Bakı avtomobil Bugatti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər