Bakıda şirkətin yarım milyon manatdan çox pulunu mənimsədilər: Məhkəmə başlayır

Bakıda şirkətin yarım milyon manatdan çox pulunu mənimsədilər: Məhkəmə başlayır

Bakıda şirkətin yarım milyon manatdan çox pulunu mənimsəyənlərin məhkəməsi başlayır

“Fortis Group” tikinti şirkətinin yarım milyon manatdan çox pulunu mənimsəməkdə təqsirləndirilən Mahir Soltanlı, Sənən Mirzəxanlı, Elham Soltanov və Elvin Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

BakuCity.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilib.

BakuCity.az

Bakı mənimsəmə məhkəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər