İran Ukrayna təyyarəsini vurduğunu etiraf etdi - VİDEO

İran Ukrayna təyyarəsini vurduğunu etiraf etdi - VİDEO

Ruhani bunu "böyük faciə" və "bağışlanılmaz səhv" adlandırıb

İran Ukraynanın “Boeing 737-800” təyyarəsinin qəzaya uğramasının səbəbini açıqlayıb.

BakuCity.az-ın məlumatına görə, İrаnın xаrici işlər nаziri Məhəmməd Cavad Zərif “Twitter” səhifəsində yazıb ki, Silahlı Qüvvələrin araşdırmasının ilkin nəticələrinə əsasən təyyarə qəzasına ABŞ-ın təxribatına əsaslanan böhran dövründə insan səhvi səbəb olub".

İran Prezidenti Həsən Ruhani isə bildirib ki, İslam Respublikası bu faciəvi səhvə görə dərin təəssüf hissi keçirir. O, təyyarənin məhv edilməsini "böyük faciə" və "bağışlanılmaz səhv" adlandırıb, Ukrayna təyyarəsinin vurulmasına səbəb olan günahkarların məsuliyyətə cəlb edəcəyini söz verib.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də qəzaya uğrayıb. 176 nəfər (İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları) həyatını itirib.

BakuCity.az

İran Ukrayna təyyarə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər