Binəqədidə “cəhənnəm yolu” - VİDEO

Binəqədidə “cəhənnəm yolu” - VİDEO

Rəsmilər hər dəfə tezliklə düzələcəyini deyirlər

Binəqədidə sakinlərin “cəhənnəm yolu” adlandırdığı küçə bərbad vəziyyətdədir.

BakuCity.az Baku.TV-yə istinadən xəbər verir ki, Binəqədi rayonu Mədən 1 küçəsi, korpus 8-də yaşayan sakinlərin şikayəti də məhz bununla bağlıdır.

Minə yaxın ailənin yaşadığı, bataqlıqları xatırladan bu ərazinin sakinləri 10 ilə yaxındır bu yolda əziyyət çəkirlər. Problemdən ən çox əziyyət çəkənlər isə məktəblilərdir. Onlar hər gün ayaqlarına sellofan keçirərək bataqlığın içi ilə məktəbə gedirlər.

Bəzi sakinlər isə öz hesablarına avtobus tutaraq uşaqlarını məktəb və bağçalara yollayırlar.

Yoldakı vəziyyəti sakinlər belə şərh edirlər:

“Bura cəhənnəm yoludur. 10 ildir burada yaşayıram, yol bu vəziyyətdədir. Rayondan qohumlarımız gəlmək istəyirlər, yolların vəziyyətindən utandığımız üçün imkan vermirik gəlməyə. Bir sözlə, bərbaddır”.

Vəziyyətlə bağlı sakinlər dəfələrlə həm rayon İcra Hakimiyyətinə, həm də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsələr də, hər dəfə tezliklə düzələcəyini deyirlər.

Binəqədi Rayon İcra Hakimiyyətindən verilən son cavabda isə bildirilib ki, yanvarın 1-dən etibarən yolda təmir işlərinə start veriləcək.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Kərimov bildirib ki, sözügedən ərazi ilə bağlı məsələ diqqətdədir. Hava şəraiti əlverişli olsa, yaxın günlərdə yolda təmir işlərinə start veriləcək.

BakuCity.az

Binəqədi yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər