Nərminin qətlinə görə tutulan şəxsə polis əmisioğlu kömək edib? - RƏSMİ AÇIQLAMA

DİN rəsmisi aydınlıq gətirdi

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham edilən İlkin Süleymanovun dünən saxlanılmasından sonra gündəmə gələn növbəti məsələ həmin şəxsin qohumunun hüquq-mühafizə orqanları əməkdaşı olmasıdır. 

BakuCity.az xəbər verir ki, “TV Press” agentliyinin iddiasına əsasən, İ.Süleymanovun əmisi oğlu olan polis işçisi 47 gün ərzində cinayəti gizlətməkdə ona kömək edib. Bildirilir ki, hazırda polis əmioğlu da saxlanıraq istintaqa cəlb edilib.

Qafqazinfo yayılan bu məlumatla əlaqədar mərhumun atası Şərif Quliyevlə danışıb.

O qeyd edib ki, İ.Süleymanovun əmisi oğlunun polis olması faktı düzdür. Ancaq bundan başqa heç bir məlumata sahib deyil, onun ad və ya soyadı barədə heç nə bilmir. 

Qafqazinfo məlumatı dəqiqləşdirmək üçün DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb.

Həmçinin oxu: Nərminin qətlində şübhəli bilinən şəxsdən dəhşətli etiraflar: polisin də saxlanıldığı bildirilir - VİDEO

O da qeyd edib ki, İ.Süleymanovun əmisi oğlunun polis olması xəbəri düzdür:

“Əmisi oğlu sıravi bir polis serjantıdır. Buna görə də heç bir əməliyyat-axtarış və istintaq hərəkətlərində iştirak etməyib. Onun bu işlərə heç bir aidiyyəti yoxdur. Hazırda aparılan istintaq zamanı saxlanılmayıb. Nərmin Quliyevanın ailəsindən də həmin polis serjantının istintaqa cəlb edilməsi ilə bağlı şikayət verilməyib. İstintaq prosesi davam edir”.

Qeyd edək ki, sözügedən polisin Nərminin axtarışı müddətində İlkin Süleymanovun evinə baxış keçirilməsinə mane olduğu da əsas iddialar sırasında idi. 

Xatırladaq ki, məlum qətl hadisəsində şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu ötən gün tutularaq istintaqa cəlb edilib.

Rəsmi məlumata görə, İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nəticələr 26 yanvarda açıqlanacaq Bu gün “Baku Coffee & Tea Festival 2020”-yə start verilib. BakuCity.az xəbər verir ki, ilk dəqiqələrdən ziyarətçi axını ilə müşahidə olunan festival tədbirin ilk çempionatı olan "Azerbaijan Latte Art Championship"lə davam edib. Çempionatda ümumilikdə 6 barista mübarizə aparacaq. Yarışın şərtinə əsasən, baristalar südlü qəhvənin üzərində müşahidəçilərin nəzarəti altinda müxtəlif rəsmlər çəkməlidirlər. Çempionatın nəticəsi f...
Cəmiyyət
Problemi bir-birinin üstünə atırlar Bakıda Şəhidlər xiyabanında uzun illərdir ki, fiziki məhdudiyyətli insanların rahat hərəkəti üçün şərait yaradılmır, xiyabanın əsas giriş hissəsindəki pilləkənlərdə panduslar yoxdur. BakuCity.az hər il 20 yanvar günü gündəmə gələn bu məsələni araşdırıb. Müxtəlif vaxtlarda və xüsusi tədbirlər zamanı xiyabanı ziyarət etmək istəyən Qarabağ qaziləri, ümumilikdə əlilliyi olan vətəndaşlar yalnız girişdə olan pilləkənlərə qədər...
Ekologiya
Külək arabir güclənəcək Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havan...
Cəmiyyət
Avtomobil ərazidən təxliyə edilib Bakıda qanunsuz parklanma nəqliyyatın hərəkətinə mane olub. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BakuCity.az-a bildirib ki, "Mercedes ML" markalı avtomobilin qeyri-qanuni park edilməsi təxminən yarım saat müddətinə Zərgərpalan küçəsində hərəkətin dayanmasına səbəb olub. Bu müddətdə həmin küçədən keçən sərnişin avtobusunun hərəkətində də çətinlik yaranıb. BNA əməkdaşları avtomobili ərazidən təxliyə edib. B...
Cəmiyyət
Sağlamlıq imkanları məhduddur Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuCity.az-a bildirib ki, Baş İdarə və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan...
Cəmiyyət
Araşdırma aparılır 53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sözügedən məktəbdən bildirilib. Məktəbdən verilən məlumata görə, məktəbin direktoru Firəngiz Həmidova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb: "Firəngiz xanım vəzifəsindən kənarlaşdırılıb. Yerinə də başqa adam təyin olunub. Hazırda araşdırma aparılır”. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmə...
Cəmiyyət
"Cinayət işinin istintaqına təzyiq kimi qiymətləndirilir" Azərbaycan Baş Prokurorluğu 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin səsləndirdiyi iddialarla bağlı açıqlama yayıb. Qurumun Mətbuat Xidmətindən BakuCity.az-a daxil olan açıqlamada deyilir: "Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanı qəsdən öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayevin mü...
Mədəniyyət
Sovet reallıqları ilə bağlı süjetlərə siyasi plakatlar güclü təsir göstərib Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyi birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisini təqdim edir. Xalça Muzeyindən BakuCity.az-a verilən məlumata görə, sərginin əsas mövzusu Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 1920-1970-ci illərə aid Sovetlər dönəmi motivli xalça və tikm...
Cəmiyyət
Yolun hər iki tərəfi çəpərlənəcək Bakı-Quba-Rusiya yolunun 100 kilometr hissəsinin inşasının bu ilin may ayının sonuna qədər yekunlaşdırılması, qalan hissəsinin isə 2021-ci il ərzində tamamlanması nəzərdə tutulub. BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Baku.ws-ə deyib. Onun sözlərinə görə, Bakı-Rusiya istiqamətində yeni avtomobil yolunun təməli 2018-ci ildə qoyulub: “Mövcud yol öz başla...