Bakıda göl quruduldu

Bakıda göl quruduldu

Neft tullantıları ilə çirklənmiş göl qurudulub

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində neft tullantıları ilə çirklənmiş göl qurudulub, drenaj şəbəkəsinin quraşdırılması hesabına ətraf sulardan əmələ gəlmiş iki gölün səviyyəsi endirilib.

BakuCity.az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, ərazidə ətraf mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər institutun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən həyata keçirilib:

“Aparılmış tədqiqatlar nəticəsində genişmiqyaslı metodologiya hazırlanıb. Bu metodologiya əsasında torpaqların rekultivasiyası və remidasiya işləri görülüb, kollektor-drenaj şəbəkəsi çəkilib və ərazidə ekoloji vəziyyət yaxşılaşdırılıb. Artıq ərazidəki ekoloji gərginlik aradan qaldırılıb”.

Ə.Quliyev əlavə edib ki, ETSN ilə institut arasında bağlanan müqaviləyə əsasən, Suraxanı rayonu keçmiş Yod-brom zavodu ərazisində neft və neft məhsulları ilə çirklənmiş 43 hektar sahə qurudulub, ərazi tamamilə yaşıllaşdırılıb. Qalan 100 hektar sahənin ekoloji cəhətdən yaxşılaşdırılması üçün hazırlanan təkliflər nazirliyə təqdim edilib.

BakuCity.az

Bakı neft göl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər