Heyvanları yandırıb zibilliyə atır
Bakının Yasamal rayonu ərazisində manyak peyda olub.
BakuCity.az-ın məlumatına görə, bu haqda sakinlər Azxeber.com-a bildiriblər.
Sakinlər deyir ki, əqli problemi olan Muxtar adlı şəxs heyvanları yandırıb zibilliyə atır.
Onlar müvafiq orqanlardan xahiş edirlər ki, Muxtarı ruhi dispanserə aparsınlar. Bu gün heyvanları yandırandan sabah başqa faciələr də gözləmək olar.
Qeyd edək ki, əqli cəhətdən qüsurlu olan Muxtar it və pişikləri öldürür.