Bakı-Lvov təyyarəsi havaya qalxa bilmədi - FOTO

Bakı-Lvov təyyarəsi havaya qalxa bilmədi - FOTO

Sərnişinlərdən göyərtədə gözləmələri xahiş olunub

Bu gün Bakıdan Ukraynanın Lvov şəhərinə uçmalı olan "Buta Airways" şirkətinə məxsus təyyarə havaya qalxa bilməyib.

BakuCity.az-ın "Report"a istinadən verdiyi məlumata görə, "Embraer 190" markalı hava gəmisi Heydər Əliyev Beynəlxalq Hava Limanında uçuş zolağına daxil olduqdan sonra geri qayıtmalı olub.

Həmçinin oxu: Bakı-Moskva təyyarəsinin komandiri kabinəni tərk edib, sərnişinlə deyib-gülüb - VİDEO

Uçuşun baş tutmaması texniki səbəblərlə əlaqələndirilib.

Sərnişinlərdən əlavə məlumat verilənədək göyərtədə gözləmələri xahiş olunub.

Bakı-Lvov təyyarəsi havaya qalxa bilmədi - FOTO, fotoşəkil-1 Bakı-Lvov təyyarəsi havaya qalxa bilmədi - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı Lvov təyyarə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər