Bakıda torpaq sürüşməsinin günahkarı kimlərdir?

Belə tikinti işlərinin aparılması yolverilməzdir

Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır. Ümumilikdə, son illərdə Bakının torpaq sürüşməsi təhlükəsi olan ərazilərində dəfələrə analoji hadisələr baş verib. Ən çox aktivlik müşahidə olunan ərazilərdən biri də Bayıl qəsəbəsidir. Burada baş verən torpaq sürüşmələri digər fəsadlarla yanaşı, paytaxtın giriş yollarından birinin sıradan çıxması ilə nəticələnir.

BakuCity.az xəbər verir ki, ötən gün Badamdar qəsəbəsi - 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə nəticəsində də həmin yoldan istifadə tamailə dayandırılıb.

Həmçinin oxu: Badamdarda yenə sürüşmə: yol bağlandı - FOTO

Mütəxəssislər hesab edirlər ki, bu cür sürüşmə aktivliyinin yaranması təbii amillərdən daha çox insan fəaliyyətinin nəticəsində yanarır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Rəfail Abdullayev “Report”a açıqlamasında deyib ki, insan fəaliyyəti sürüşmə təhlkəsi olan ərazilərində aktivliyin artmasına və sürüşmələrə səbəb olur.

Onun fikrincə, Bakının Səbail rayonu ərazisində baş verən sürüşmənin də əsas səbəbləri bu faktorla bağlıdır:

“Sürüşmə təhlükəsi olan ərazidə tikinti işlərinin aparılması, xüsusilə, tikinti normativlərinə əməl edilməməsi sürüşmə zonasının həddən artıq yüklənməsinə səbəb olur. Bununla yanaşı, kanalizasiya sularının bu əraziyə axıdılması aktivliyi sürətləndirir və prosesə təkan verir”.

Mütəxəssis deyir ki, bu kimi ərazidə tikinti işlərinin aparılması yolverilməzdir:

“Təsəvvür edin ki, yamacın ətəyində qazıntı işi aparırsansa, yuxarı hissədəki torpağın sürüşərək, həmin yeri tutması qaçılmazdır. Çünki yerin strukturu və dayanıqlığı itir və torpaq sürüşərək aşağı tökülür”.

R.Abdullayein sözlərinə görə, bundan sonra həmin ərazilərdə tikinti işləri aparılmasının qarşısı alınmalıdır ki, torpağın dayanıqlılığı qalsın.

AMEA əməkdaşı bildirir ki, sürüşmə zonasının aktivləşməsinə təbii amillərin də təsiri var, ancaq, insan fəaliyyəti nəticəsində təsiretmə ilə müqayisədə arxa planda qalır.

Məsələ ilə bağlı rəsmi qurumlar münasibət bildirmək istəməyib.

Qeyd edək ki, bu ərazinin sürüşmə təhlükəsində olduğu məlum olsa son onilliklər ərzində burada çox sayda yaşayış evləri və obyektlər tikilib.

Son illərdə artan aktivlik sürüşmə təhlükəsi bu ərazidə tikilən evlərdə yaşayan insanların da həyatını riskə atır. Bu səbəbdən, ötən il Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan 92 ailənin köçürülməsi üçün sərəncam imzalanıb. Həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya nəzərdə tutulub və bu məqsədlə 9 201 533 manat vəsait ayrılıb.

Ortaya çıxan mənzərə oldur ki, vəzifəli şəxslərin maddi və ya başqa maraq qarşılığında özbaşına tikililərin kütləviləşməsinə yol verməsi, insanların həyatını risk qarşısında qalması və dövlətin milyonlarla əlavə xərcə düşməsi ilə nəticələnir.

BakuCity.az

Bakı torpaq sürüşməsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qonaqların turizm məkanlarına səfərləri də təşkil olunacaq Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq.  BakuCity.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Tədbirə Azərbaycanın rəsmi turizm nüm...
Mədəniyyət
2015-ci ildə “Qremmi” alıb Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş “Qremmi” mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək. Heydər Əliyev Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.Dayan Rivs, həmçinin Corc...
Cəmiyyət
İşçi qrupu yaradılıb Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq. BakuCity.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "APA-Economics"ə deyib. Onun sözlərinə görə, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir. Qey...
Cəmiyyət
İlk olaraq bir yataqxana binası istifadəyə veriləcək Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir. BakuCity.az xəbər verir ki, bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb: Həmçinin oxu: Bakıda 42 milyon dollara iki t...
Cəmiyyət
Problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır Qida Təhlükəsizliyi Agentliyi​nə tabe olan "Qida Təhlükəsizliyi İnstitutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılaraq özəl sektora təhvil veriləcək. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq. Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rü...
Cəmiyyət
Polis araşdırmağa başladı Bakıda sürücünün kobud qayda pozuntusu sosial şəbəkələrdə görüntülənib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb. Rusiyada qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayd...
Cəmiyyət
Ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib. BakuCity.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər Oxu.az-a bildiriblər.  Sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədilə məhv edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəi...
Cəmiyyət
Bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr veriləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsində...
Cəmiyyət
Müqavilənin müddəti vətəndaşın istəyinə uyğun müəyyən ediləcək Artıq Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün yeni mexanizm işə düşüb. Müraciətlər Elektron Hökumət Portalı üzərindən İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə elektron imzadan istifadə etməklə həyata keçirilir. Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ərazilərin ilkin ünvanı da artıq bəllidir. BakuCity...