Nərminin qətli ilə bağlı yeni detallar: Qatil hadisəni kameraya çəkib

Nərminin qətli ilə bağlı yeni detallar: Qatil hadisəni kameraya çəkib

Qızın saxlanıldığı yer natəmiz və soyuq olub

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinən İlkin Süleymanov Bakıya gətirilib.

BakuCity.az News24.az-a istinadən məlumat verir ki, onun işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

İ.Süleymanov dindirilmə zamanı Nərmini necə saxladığını və ona nələr etdiyini açıqlayıb. Müəyyən edilib ki, Nərminin günlərdir saxlanıldığı yer natəmiz və soyuq olub.

Həmçinin oxu: Nərminin qətlində şübhəli bilinən şəxsdən dəhşətli etiraflar: polisin də saxlanıldığı bildirilir - VİDEO

İstintaq zamanı Nərminin yandırıldığı benzin qabı aşkar edilib. Məlum olub ki, benzinin hamısı istifadə edilməyib.

Ölüm səbəbi isə başının arxasından aldığı daş zərbəsi ilə olub. Sonda isə yandırılıb. Yandırılarkən də videoya çəkilib.

Hazırda faktla bağlı istintaq davam edir.

O da məlum olub ki, əlbir olduğu deyilən polis əmisi oğlu İlkinin divar qonşusudur.

Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva 21 noyabr 2019-cu ildə yaşadığı evdən çıxaraq əmisigilə atasının gödəkcəsini götürmək üçün gedib. Ondan sonra 10 yaşlı Nərmini görən olmayıb. 2020-ci il 5 yanvar tarixində N.Quliyevanın yandırılmış meyiti kənd ərazisində aşkarlanıb.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər