Vilayət Eyvazov Bakı yol polisinin şəxsi heyətini sərəncama götürdü

Vilayət Eyvazov Bakı yol polisinin şəxsi heyətini sərəncama götürdü

Hazırda şəxsi heyət saf-çürük edilir

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov yol polisi ilə bağlı əmr verib.

BakuCity.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, nazirin əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti sərəncama götürülüb.

Məlumata görə, hazırda bütün heyət iş başındadır, lakin hər kəs indiki vəzifəsində müvəqqətidir.

Həmçinin oxu: Bakı yol polisinin işdən çıxarılan rəisi şəhərdə şəxsi radarlar quraşdırıbmış - İDDİA

Şəxsi heyətlə bağlı saf-çürük etmə işləri aparılır. Yaxın günlərdə şəxsi heyət yenidən təsdiqlənəcək. Təsdiqləmə zamanı vəzifəsini itirənlər, başqa yerə təyinat alanlar, aşağı vəzifələrə göndərilənlər də olacaq.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

BakuCity.az

Vilayət Eyvazov yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər