Nömrəsiz maşın sürüb təhlükəli anlar yaşatdı - VİDEO

Nömrəsiz maşın sürüb təhlükəli anlar yaşatdı - VİDEO

Araşdırmalara başlanılıb

Mehdiabad qəsəbəsində əlillər üçün verilən maşının sürücüsü təhlükəli anlar yaşadıb.

BakuCity.az xəbər verir ki, dövlət nömrə nişanı olmayan avtomobili idarə edən şəxs əks yola çıxaraq nəqliyyatın digər iştirakçılarına mane olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Təqdim olunmuş videogörüntülərə baxış keçirilib. Əlavə olaraq ərazidə quraşdırılmış xüsusi texnika vasitəsilə baxış keçiriləcək. Faktla bağlı araşdırma aparılacaq. Qanunvericiliyə uyğun olaraq, sürücü barəsində tədbirlər görüləcək”.

BakuCity.az

təhlükəli anlar avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər