Bakının akustik çirklənmə səviyyəsinin monitorinqi aparılacaq

Qanunvericiliyə yenidən baxılmasına zərurət var

Azərbaycan Milli Elmlər Akademiyanın İnformasiya Texnologiyaları İnstitutu Bakıda akustik çirklənmə səviyyəsinin ölçülməsi məqsədilə monitorinqlər aparacaq.

BakuCity.az-ın məlumatına görə, bunu institutun şöbə müdiri “APA-Economics”ə Bikəs Ağayev deyib.

Onun sözlərinə görə, bu məqsədlə zəruri avadanlıqlar alınacaq ki, onların texniki parametrlərinə dair təkliflər hazırlanıb.

“Hazırda müəyyən obyektlərin akustik küy çirklənməsindən mühafizə məqsədilə təkliflər verilib. Misal olaraq hava limanının yaxınlığında yerləşən yaşayış əraziləri qeyd etmək olar. Burada küy çirklənməsi normadan 3 dəfəyə yaxın çoxdur. Yəni əgər norma 55 dB civarında olmalıdırsa, bu ərazidə təyyarə havaya qalxdıqda küy 130 dB-dən artıq təşkil edir. Bu isə əhaliyə mənfi təsir edir”, - deyə B.Ağayev qeyd edib.

İnstitutun şöbə müdiri əlavə edib ki, bu sahədə müvafiq standartların qəbul olunmasına və mövcud qanunvericiliyə yenidən baxılmasına zərurət var.

“Dünya praktikasında beynəlxalq işlək mexanizmlər, standartlar var ki, onlar küy çirklənməsinin azaldılmasına dair tələblər müəyyən edir. Məsələn, xəstəxana tipli obyektlərin yaxınlığında küy çirklənməsinin azaldılması. Burada müxtəlif üsulların tətbiqi ilə küy çirklənməsini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Və yaxud gecə küyünə aid beynəlxalq standartlar var ki, gecə saatlarında küy 25-30 dB-ni keçməməlidir.

Qeyd edim ki, akustik küyə dair Avropada 500-ə yaxın təlimat və standart mövcuddur. Azərbaycanda isə təxminən 40 yaxın Rusiya standartları istifadə olunur ki, onları mükəmməl saymaq olmaz”, - deyə B. Ağayev əlavə edib. 

BakuCity.az

Bakı akustika çikrlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
30 mayda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti ola...
Cəmiyyət
İcra başçısının kartof yığması müzakirələrə səbəb olub. Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb. BakuCity.az xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən Ş.Məmmədov məhsul yığan  əməkçilərlə görüşüb və onlara koronavirusla mübarizədə diqqətli olmağı tövsiyə edib. İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu a...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Həmçinin oxu: Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır Bildirilib ki, bununla əlaq...
Kriminal
Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub. Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafes...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Nərimanov rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Kriminal
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Kriminal
Abşeronda qanunsuz it döyüşlərini təşkil edən şəxslər həbs olunub.  İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb. BakuCity.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə...
Cəmiyyət
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub. Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə...