Bakının bu prospektində maksimal sürət həddi azaldılacaq

Bakının bu prospektində maksimal sürət həddi azaldılacaq

BNA sürücülərdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir

Bakının Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

BakuCity.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək.

Məlumata görə, agentliyin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Yanvarın 17-də sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq.

BakuCity.az

Bakı Yol hərəkəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər