Bakıda şagirdi döyən müəllim işdən azad edildi

Bundan əvvəl töhmət də verilib

169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.

169 nömrəli tam orta məktəbdən BakuCity.az-a bildirilib ki, İ.Cəfərov məktəbdə 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayıb. Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub.

Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib. “Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib.

Lakin İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmayıb və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirib. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb.

Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon Polis İdarəsinini 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

BakuCity.az

Bakı müəllim şagird
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qonaqların turizm məkanlarına səfərləri də təşkil olunacaq Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq.  BakuCity.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Tədbirə Azərbaycanın rəsmi turizm nüm...
Mədəniyyət
2015-ci ildə “Qremmi” alıb Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş “Qremmi” mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək. Heydər Əliyev Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.Dayan Rivs, həmçinin Corc...
Cəmiyyət
İşçi qrupu yaradılıb Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq. BakuCity.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "APA-Economics"ə deyib. Onun sözlərinə görə, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir. Qey...
Cəmiyyət
İlk olaraq bir yataqxana binası istifadəyə veriləcək Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir. BakuCity.az xəbər verir ki, bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb: Həmçinin oxu: Bakıda 42 milyon dollara iki t...
Cəmiyyət
Problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır Qida Təhlükəsizliyi Agentliyi​nə tabe olan "Qida Təhlükəsizliyi İnstitutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılaraq özəl sektora təhvil veriləcək. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq. Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rü...
Cəmiyyət
Polis araşdırmağa başladı Bakıda sürücünün kobud qayda pozuntusu sosial şəbəkələrdə görüntülənib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb. Rusiyada qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayd...
Cəmiyyət
Ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib. BakuCity.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər Oxu.az-a bildiriblər.  Sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədilə məhv edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəi...
Cəmiyyət
Bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr veriləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsində...
Cəmiyyət
Müqavilənin müddəti vətəndaşın istəyinə uyğun müəyyən ediləcək Artıq Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün yeni mexanizm işə düşüb. Müraciətlər Elektron Hökumət Portalı üzərindən İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə elektron imzadan istifadə etməklə həyata keçirilir. Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ərazilərin ilkin ünvanı da artıq bəllidir. BakuCity...