Şəhidlər xiyabanında qaçıb-oynayan hindistanlılarla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Şəhidlər xiyabanında qaçıb-oynayan hindistanlılarla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Səfirlik pisləyir

Hindistanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının Şəhidlər xiyabanında klip çəkdirməsinə münasibət bildirib.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, səfirlikdən bu cür davranışların pislənildiyi bildirilib:

“Hazırda diplomatik korpus məsələnin araşdırılması üçün Azərbaycan Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla birgə işləyir”.

Xatırladaq ki, Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər xiyabanında klip çəkdirib. Görüntülər sosial şəbəkələrdə və xəbər saytlarında yayılıb. Klipdə gənclərin qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçdıqları və rəqs etdikləri görünür. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma başlanıb.

BakuCity.az

Bakı Şəhidlər xiyabanı əcnəbilər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər