Paytaxt üzrə 7000-ə yaxın şagird olimpiadanın ilk mərhələsinə qatılıb - FOTO

Şagirdlərə 3 saat vaxt ayrılıb

Bakı üzrə məktəblilərin respublika fənn olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın şagird iştirak edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, olimpiadaların şəhər mərhələsi yanvarın 12-də paytaxtdakı 16 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 276, Nərimanov rayonu üzrə 36, Nəsimi rayonu üzrə 46 və 54,  Nizami rayonu üzrə 32 və 229,  Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 310, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 138 və 245, Xəzər rayonu üzrə 124,  Yasamal rayonu üzrə 13 və 18, Səbail rayonu üzrə isə 189-190 nömrəli tam orta məktəblərdə keçirilib.

IX, X, XI, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarının şəhər mərhələsi Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunub. Sualların cavablandırılması üçün şagirdlərə 3 saat vaxt ayrılıb. 

Respublika fənn olimpiadalarının şəhər mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Bu mərhələdə uğur qazanmış şagirdlər olimpiadanın növbəti mərhələsində iştirak etmək hüququ qazanacaq.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkar olunması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkənin bütün şəhər və rayonlarında keçirilib.

BakuCity.az

Bakı məktəb olimpiada
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Biznes
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...
Cəmiyyət
S.Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru g...
Ekologiya
30 mayda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti ola...
Cəmiyyət
İcra başçısının kartof yığması müzakirələrə səbəb olub. Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb. BakuCity.az xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən Ş.Məmmədov məhsul yığan  əməkçilərlə görüşüb və onlara koronavirusla mübarizədə diqqətli olmağı tövsiyə edib. İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu a...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Həmçinin oxu: Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır Bildirilib ki, bununla əlaq...
Kriminal
Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub. Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafes...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Nərimanov rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Kriminal
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az