20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm sərgisi açılacaq

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş rəsm sərgisi açılacaq

Hər kəs baxa bilər

Yanvarın 17-də Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm sərgisi açılacaq.

BakuCity.az xəbər verir ki, sərgidə rəssamlar Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Vidadi Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” adlı tabloları nümayiş olunacaq.

Sərgidə nümayiş ediləcək əsərlərlə hər kəsin tanış olmaq imkanı var.

BakuCity.az

Bakı 20 Yanvar sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər