Mənzillərin sığortalanması məsələsinə nöqtə qoyuldu - VİDEO

Sığorta şirkətləri də vəziyyətdən istifadə ediblər

İcbari Sığorta Bürosunun yaşayış yerləri və mənzillərin icbari sığorta məsələsi ilə bağlı verdiyi açıqlama, nəhayət ki, vətəndaşlar arasında yaranmış müzakirələrə aydınlıq gətirib.

BakuCity.az xəbər verir ki, "İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən qurumun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:

“Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək”.

İqtisadçı ekspert Samir Əliyev bildirib ki, İcbari Sığorta Bürosunun rəhbərinin açıqlaması ajiotaja bir müddətlik nöqtə qoyub:

“Söhbət ondan gedir ki, Dövlət qeydiyyatında olan (kupçalı) evlərin siyahısının İSB-nin Dövlət Əmlak Komitəsindən alması üçün zəruri qanunvericilk aktı yoxdur. Yəni, bu qayda olmayınca DƏK qeydiyyatlı evlərin siyahısını İSB-yə ötürə bilməz. Bu məlumat ötürülmədiyi üçün kimin evinin sığortalı, kiminkinin isə sığortasız olduğunu müəyyənləşdirmək mümkün olmayacaq və deməli, cərimə də olmayacaq. Ona görə də, Nazirləri Kabinetinin müvafiq qərarı olmadan kiminsə cərimələnməsi real deyil. Əslində, ajiotaja səbəb Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı olub. Sığorta şirkətləri də vəziyyətdən istifadə ediblər.

Odur ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçilməlidir. Əgər dövlət icbarilikdə qərarlıdırsa, hansı ki bunun qəti əleyhinəyəm, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalıdır, yəni cərimə məsələsi gələn ildən başlamalıdır”.

Qeyd edək ki, Bakı şəhəri üzrə 25 000 manat sığorta məbləği olmaqla sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 000 manat sığorta məbləği olmaqla sığorta haqqı 40 manat, digər şəhər və rayonlarda 15 000 manat sığorta məbləği olmaqla sığorta haqqının 30 manat təşkil etdiyi barədə məlumatlar yayılmışdı.

BakuCity.az

mənzillər sığorta
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
30 mayda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti ola...
Cəmiyyət
İcra başçısının kartof yığması müzakirələrə səbəb olub. Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb. BakuCity.az xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən Ş.Məmmədov məhsul yığan  əməkçilərlə görüşüb və onlara koronavirusla mübarizədə diqqətli olmağı tövsiyə edib. İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu a...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Cəmiyyət
Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Mayın 30-u səhər saatlarından etibarən Bakı şəhərinin mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Həmçinin oxu: Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır Bildirilib ki, bununla əlaq...
Kriminal
Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb. BakuCity.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub. Reydlərlə "Dəli Kür"də beş nəfər, "Sakit Məkan"da dörd nəfər və "Çırağan" kafes...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə Nərimanov rayonunda qeydə alınıb. Minik avtomobili yolu keçən 1989-cu il təvəllüdlü Elçin Cəfərovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı E.Cəfərova sağ ayağın sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Kriminal
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Kriminal
Abşeronda qanunsuz it döyüşlərini təşkil edən şəxslər həbs olunub.  İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb. BakuCity.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə...
Cəmiyyət
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub. Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə...