MakQreqor - Serron döyüşü Bakıda canlı yayımlanacaq

MakQreqor - Serron döyüşü Bakıda canlı yayımlanacaq

"CinemaPlus" MakQreqor və Serron döyüşünü göstərəcək

"CinemaPlus" Premium-klass kinoteatrı 19 yanvar səhər 07:00-də irlandiyalı boksçu Konor MakQreqor və ikiqat UFC çempionu, amerikalı Donald Serronun döyüşünü nümayiş etdirəcək.

BakuCity.az xəbər verir ki, titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçiriləcək. 

Konor MakQreqor – yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 25 döyüş keçirib, onun 21-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Serron – qaydasız döyüşün əsl veteranıdır. Son illər 5 döyüşdə iştirak edən Donald oyunun üçündən qalib ayrılıb, ikisində isə uduzub. O, karyerası boyu 50 dəfə vuruşub, 36 qələbə qazanıb, 13 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.

Biletin qiyməti Bakıda 7 AZN-dir. 

BakuCity.az

Bakı MakQreqor və Serron
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər