Dövlət sənədi olmayan müxtəlif peşə sahiblərinə diplom veriləcək - AÇIQLAMA

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi təsdiqlənib

Peşə məktəblərində oxumayan, amma müxtəlif kurslarda və usta yanında müxtəlif peşələrə sahib olan şəxslərə Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplom veriləcək.

Bu barədə BakuCity.az-ın sorğusuna nazirlikdən cavab olaraq bildirilib.

Qeyd olunub ki, ölkə Prezidenti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 29 dekabr tarixdə imzaladığı fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək:

"Sözügedən fərmanla “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiqlənib. Nizamnamədə qeyd olunduğu kimi, Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasını həyata keçirməkdir. Bununla, Agentliyin əsas məqsədlərindən biri olan müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabətqabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışına dəstək göstərilməsi təmin olunacaq”.

Fərmanda qeyd olunduğu kimi, 2 ay ərzində Akkreditasiya və Nostrifikasiya İdarəsinin Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi prosesinin yekunlaşdırılması nəzərdə tutulur.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Təhsil Nazirliyi diplom
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Ürək çatışmazlığından ölüb “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül dünyasını dəyişib. BakuCity.az-ın məlumatına görə, Hacı Əbdül ürək çatışmazlığından vəfat edib. Mərhum bu gün "Qurd Qapısı" qəbiristanlığında dəfn ediləcək Hacı Əbdül 1940-cı ildə anadan olub. BakuCity.az
Hadisələr
65 yaşı vardı Ötən gün Bakıda yaşayış binasında yanğın zamanı qadının 4-cü mərtəbədən yıxılmasının görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Yanğın zamanı təşvişə düşən 1955-ci il təvəllüdlü Leyla Manafova nərdivanla aşağı enərkən yerə yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. BakuCi...
Cəmiyyət
TƏBİB COVID-19 infeksiyasına görə könüllü səhiyyə işçisi axtarır TƏBİB Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir. BakuCity.az xəbər verir ki, koronavirus xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işç...
İdman
May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. Milli Paralimpiya Komitəsindən BakuCity.az-a verilən məlumata görə, qurum Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı “International Blind Sports Federation” (IBSA) ilə razılıq əldə olunub. Anlaşmaya əsasən,...
Cəmiyyət
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən xəbərə görə, videotəlimatda vətəndaşların SMS icazə sistemindən necə istifadə etmələri barədə məlumatlar qeyd edilib. BakuCity.az
Cəmiyyət
"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq". BakuCity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilə...
Kriminal
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb Bakı şəhər sakini qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları keçirib. Saxl...
Cəmiyyət
Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Ka­bineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən...
Ekologiya
Səhər duman olacaq Bazar günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata göər, aprelin 5-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8, g...