"Postun pulu" adı ilə hər maşından 10 manat istəyirdi
Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb.
BakuCity.az Unikal.org-a istinadən xəbər verir ki, V.Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev təsdiqləyib.
Həmçinin oxu: Vilayət Eyvazov Bakı yol polisinin şəxsi heyətini sərəncama götürdü
Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə yol polisinin yük maşınlarının sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı.
Görüntülərdə sürücülərdən "postun pulu" adı ilə hər maşından 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücülərdən biri isə cəmi 15 manatları olduğunu desə də, inspektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir.