Səhiyyəmizdə biabırçılıq: Əməliyyatdan sonra qayçını xəstənin daxilində qoydular - FOTO

Həkimlər cəzalandırılıb

Gəncə şəhərində qeyri-adi hadisə yaşanıb.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, həkimlər 1953-cü il təvəllüdlü Orucova Laləzar Məhəmməd qızını əməliyyat edərkən bədənində qayçı qoyub.

Belə ki, Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəsəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib.

Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim –  əməliyyat qayçısı var.

L.Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.

“Tələsik məni əməliyyata saldılar. Yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən niyə əməliyyat edildiyimi soruşduqda tamam başqa söz deyilib.

Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır".

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimin müavini Elşad Əsgərov məsələyə münasibət bildirib. O, qeyd edib ki, hadisə ilə bağlı məlumatı var.

"Bizdə məsələ ilə bağlı məlumat var. Əməliyyatda iştirak edən həkimlər cəzalandırılıb, onlara töhmət verilib və xəbərdarlıq olunub. Bundan əlavə, xəstənin vəziyyəti mütəmadi nəzarətimizdədir, müalicəsi davam etdirilir".

BakuCity.az

əməliyyat qayçı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Qonaqların turizm məkanlarına səfərləri də təşkil olunacaq Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri baş tutacaq.  BakuCity.az xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir. Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Tədbirə Azərbaycanın rəsmi turizm nüm...
Mədəniyyət
2015-ci ildə “Qremmi” alıb Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş “Qremmi” mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək. Heydər Əliyev Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə “Qremmi” mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə “Qremmi” mükafatı alan ilk müğənnidir.Dayan Rivs, həmçinin Corc...
Cəmiyyət
İşçi qrupu yaradılıb Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq. BakuCity.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "APA-Economics"ə deyib. Onun sözlərinə görə, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək ki, bu baxımdan Mədəniyyət nazirinin də foruma qatılacağı gözlənilir. Qey...
Cəmiyyət
İlk olaraq bir yataqxana binası istifadəyə veriləcək Bakı Dövlət Universitetinin yataqxana problemi artıq həll olmaq üzrədir. Hazırda texniki təchizat işləri gedir. BakuCity.az xəbər verir ki, bu fikri yanvarın 23-də Bakı Dövlət Universitetində imtahanlara ictimai baxış zamanı rektor Elçin Babayev AZƏRTAC-a müsahibəsində deyib. O bildirib ki, müasir tipli yataqxanada tələbələr üçün bütün lazımi şərait yaradılıb: Həmçinin oxu: Bakıda 42 milyon dollara iki t...
Cəmiyyət
Problem məhz ət kəsimi məntəqələrindən qaynaqlanır Qida Təhlükəsizliyi Agentliyi​nə tabe olan "Qida Təhlükəsizliyi İnstitutu" MMC tərəfindən 40 ədəd standartlara uyğun ət kəsimi məntəqəsi yaradılaraq özəl sektora təhvil veriləcək. BakuCity.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycanda dönərxanaların hansı standartlara uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı sanitariya normativ aktlar qəbul olunacaq. Qida təhlükəsizliyi Agentliyinin sədr müavini Rü...
Cəmiyyət
Polis araşdırmağa başladı Bakıda sürücünün kobud qayda pozuntusu sosial şəbəkələrdə görüntülənib. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi, sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. Görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb. Rusiyada qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayd...
Cəmiyyət
Ağacları köçürmək əvəzinə ağır texnika ilə məhv ediblər Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib. BakuCity.az-ın məlumatına görə, bu barədə ərazidə yaşayan sakinlər Oxu.az-a bildiriblər.  Sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədilə məhv edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəi...
Cəmiyyət
Bəzi həkimlərə xidmətə görə həvəsləndirici əlavələr veriləcək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsində...
Cəmiyyət
Müqavilənin müddəti vətəndaşın istəyinə uyğun müəyyən ediləcək Artıq Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi üçün yeni mexanizm işə düşüb. Müraciətlər Elektron Hökumət Portalı üzərindən İpoteka və Kredit Zəmanət Fondunun “Elektron ipoteka və kredit zəmanət sistemi” vasitəsilə elektron imzadan istifadə etməklə həyata keçirilir. Satmaq öhdəliyi ilə kirayəyə veriləcək mənzillərin yerləşdiyi ərazilərin ilkin ünvanı da artıq bəllidir. BakuCity...