Uşaqlara həsr olunmuş 2-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək

Konqres fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunub

Fevralın 15-16-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunmuş 2-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək. Builki tədbir “Autizm spektr pozuntusu” (ASP) mövzusunu əhatə edəcək. 

Tədbir çərçivəsində autizm anlayışı bilavasitə izah ediləcək və ASP-dən əziyyət çəkən şəxslərin təhsili, gələcək məşğulluğu, eləcə də ailədə yaşam tərzi, ictimaiyyətə inteqrasiyası və digər məsələləri ehtiva edən panellər təqdim olunacaq. Məruzəçilər qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, habelə ASP-li uşaqların valideynləri çıxış edəcəklər. 

Tədbir çərçivəsində fevralın 16-da xarici mütəxəssislərin iştirakı ilə ilk dəfə olaraq “Tətbiqi Davranış Analizi” (“ABA”) mövzusunda konfrans keçiriləcək.  Tədbirin qonaqları arasında ASP-li uşaqların valideynləri, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Türkiyə və Yunanıstanı təmsil edən ekspertlər, pedaqoq və metodistlər, psixoloq və psixoterapevtlər yer alacaqlar. 

Konqresin prodüseri Asperger sindromlu və autizmli şəxslərin dəstəyinə həsr olunmuş layihənin rəhbəri Antonina Steynberqdir.

Konqresin məqsədi autizmdən əziyyət çəkən uşaqların inkişafı və tərbiyəsi məsələlərinə ictimaiyyətin diqqətini daha çox yönəltmək, valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq qurmaq və dövlətin tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünə dəstək verməkdir.   

Qeyd edək ki, konqres Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Konqresinin tərəfdaş qismində BP çıxış edir. Tədbir “ACE Group Consultants”, “Art Trio”, “Credo Group” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənir. Tədbirin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və Edutainment.az təhsil strukturudur. Konqresə təşkilati dəstək verənlər və tərəfdaşlar arasında “Birgə və Sağlam” İctimai Birliyidir.  

Konqresdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçərək elektron bilet əldə etmək olar.

Qeydiyyat üçün link: https://ferqliferdler.az/az-register/

BakuCity.az

uşaqlar konqres
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Səfir Eldar Həsənovla bağlı qərar verilib. Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu BakuCity.az xəbər verir ki, məhkəmədə Eldar Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. *** Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, B...
Cəmiyyət
"Rayonlara gediş-gəlişin açılması müzakirə edilir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Hikmət Hacıyev bildirib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir: "Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır....
Biznes
Bakıda kafe və restoranların iş saatı açıqlanıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib. BakuCity.az xəbər verir ki, həmin rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, k...
Hadisələr
Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. BakuCity.az xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsi 4/6 ünvanında qeydə alınıb. 1990-cı il təvəllüdlü Şəmiyeva Ayşən Rafiq qızı yaşadığı mənzilin eyvanında paltar asarkən yıxılıb.A.Şəmiyeva hadisə yerində ölüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. (apa) BakuCity.az
Cəmiyyət
Gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib. Sentyabrın 1-dək COVID-19 infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib. BakuCity.az xəbər verir ki,  Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər ha...
Cəmiyyət
Bu gün saat 11:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. BakuCity.az xəbər verir ki, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq. Brifinqdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriləcək.  BakuCity.az
Cəmiyyət
Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib. BakuCity.az xəbər verir ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.  Avqustun 5-də  “Xəzər” televiziya kanalının efirində saat 18.00 – 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub...
Cəmiyyət
Eldar Həsənov kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Həmçinin oxu: DTX Səfir Eldar Həsənovu da tutdu Eldar Həsənov 1955-ci ildə Kəlbəcərin Laçı...
Siyasət
Rusiyanın Ermənistana silah verməsi tənqid olunub. Regionda sabitliyin və inkişafin mərkəzi olan Azərbaycanın torpaqlarının 20 %-i Ermənistanın işğalı altındadır. Azərbaycanın illərdir çözülməyən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyi diplomatik səylərin müqabilində, işğalçı Ermənistan yalnız təxribatçı addımlarla gündəmə gəlir. Özü də cəbhə xəttində yox, Azərbaycan-Ermənistan dövlət sərhədində. Təbii ki, Ermənistanın regionda sabitliyi...