Bakıda sərnişinin pul və qızılını tapıb təhvil verən avtobus sürücüsü mükafatlandırıldı - FOTO

Bakıda sərnişinin pul və qızılını tapıb təhvil verən avtobus sürücüsü mükafatlandırıldı - FOTO

Sərnişin minnətdarlığını bildirib

Bakıda pul və qızıl zinət əşyalarını taparaq sahibinə təhvil verən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun sürücüsü Sahib Quliyev mükafatlandırılıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 11-i səhər saatlarında 49 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 VS 437 dövlət qeydiyyat nişanlı avtobusda vətəndaşa məxsus sənədlər, 1200 manat, 3000 dollar pul və qızıl-zinət əşyaları aşkar edilib.

Avtobus sonuncu dayanacaqda olan zaman sürücü tərəfindən aşkarlanan vəsaitlər xətt üzrə səlahiyyətli şəxsə təhvil verilib. Bir qədər sonra bir nəfər xanım (öz istəyi ilə adı açıqlanmır) müraciət edərək sənəd, pul və qızıl-zinət əşyalarını səhər saatlarında avtobusda unutduğunu bildirib. Tapılan sənədlərin, pul vəsaitinin və qızıl zinət əşyalarının xanıma məxsus olduğu təsdiq olunandan sonra ona təhvil verilib.

Əşyalarının tapılmasından məmnun olan sərnişin minnətdarlığını bildirib.

Bakıda sərnişinin pul və qızılını tapıb təhvil verən avtobus sürücüsü mükafatlandırıldı - FOTO, fotoşəkil-1 Bakıda sərnişinin pul və qızılını tapıb təhvil verən avtobus sürücüsü mükafatlandırıldı - FOTO, fotoşəkil-2 Bakıda sərnişinin pul və qızılını tapıb təhvil verən avtobus sürücüsü mükafatlandırıldı - FOTO, fotoşəkil-3 Bakıda sərnişinin pul və qızılını tapıb təhvil verən avtobus sürücüsü mükafatlandırıldı - FOTO, fotoşəkil-4

BakuCity.az

Bakı avtobus sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər