Gürcüstandakı Bakı küçələri və onların tarixçələri - ARAŞDIRMA

Batumidəki Bakı küçəsi Tbilisidəki eyniadlı küçədən 8 il “yaşlı”dır

Gürcüstanda Azərbaycanın paytaxtı Bakı şəhərinin adını daşıyan üç küçə var. Onlardan ikisi qonşu ölkənin paytaxt şəhərlərində - Tbilisi, Acarıstan Muxtar Respublikasının əsas şəhəri olan Batumi və digər biri isə Marneuli rayonunda yerləşir.

BakuCity.az xəbər verir ki, “Report”un yerli bürosu qonşu ölkədəki Bakı küçələrinin tarixçəsini araşdırıb. Araşdırma zamanı həmin küçələrin tarixi ilə bağlı diqqətçəkən məqamlar üzə çıxıb.

Tbilsidəki “Bakı”nın 120 illiyi tamam olur

Tbilisidə Bakı küçəsi şəhərin Çuqureti rayonunun ərazisinə düşür. Bu küçənin tarixi haqqında məlumat İrakli Abaşidzenin müəllifi olduğu və 2008-ci ildə nəşr olunan “Tbilisi – Küçələr, prospektlər, meydanlar” adlı ensiklopediyada yer alıb. Nəşrdən məlum olur ki, hazırda Bakı adını daşıyan küçə XIX əsrin ikinci yarısında salınıb və ilk adı Asatiani olub. 1900-cü ildə küçəyə Azərbaycan paytaxtının adı verilib. 120 ildir Bakı adını daşıyan bu kiçik küçədə yarandığı dövrə aid ikimərtəbəli binalara rast gəlinir.

Küçəni bəzəyən binalardan biri isə memarlıq incisidir. Əzəmətli bina Tbilisinin memarlığının formalaşmasında önəmli rol oynayan alman memar Paul Fridrix Sternin layihəsi əsasında 1893-cü ildə inşa olunub. Tikili Bakı küçəsinin mərkəzi David Aqmaşenebeli prospekti (keçmiş Mixaylovski) ilə kəsişməsində yerləşir. Binanın fasadına bu barədə məlumatın əks olunduğu lövhə vurulub.

P.Stern Azərbaycanda da yaxşı tanınır. Belə ki, onun ən möhtəşəm layihələrindən biri Bakının mərkəzində - Azneft meydanında yerləşir. 1896-cı ildə tikilmiş bu bina vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus saray olub. Hazırda isə burada Azərbaycan Dövlət Neft Şirkətinin inzibati ofisi fəaliyyət göstərir.

Tbilisinin Bakı küçəsi ilə addımlayarkən onun adını bildirən və müxtəlif dövrlərə aid lövhələr də diqqəti cəlb edir. Küçə boyu üzərində rusca və gürcücə Bakı yazılan köhnə və pas atmış lövhələrlə yanaşı, nisbətən yenilərini də görmək mümkündür.

Tbilisi meriyası şəhərdəki küçələrin adlarını bildirən lövhələrin vahid standartlara uyğun hazırlanaraq yenilənməsi prosesini mərhələli şəkildə həyata keçirir. Bu il küçəyə Bakı adının verilməsinin 120 illiyi tamam olur. Küçədəki lövhələrin yeniləri ilə əvəzlənməsi bu tarixin qeyd olunmasına böyük bir töhfə olardı.

Tbilisidə “26 Bakı komissarı” adlanan bir neçə məkan olub

Adıçəkilən ensiklopediyada Tbilisidə vaxtilə Bakı adı ilə bağlı olan digər bir məkan barədə də məlumat verilib. Bu, sovet dövründə “26 Bakı komissarı” adlanan hazırkı “9 aprel parkı”dır.

Araşdırma zamanı məlum olub ki, bu istirahət bağı bolşeviklərin adını daşıyan yeganə məkan olmayıb. Həmin dövrdə Tbilisidə metro stansiyalardan biri də bu cür adlanıb. Belə ki, 1967-ci ildə istifadəyə verilən indiki “Avlabari” metro stansiyasının adı SSRİ dövründə “26 komissar” olsa da, ittifaqın süqutundan sonra ona hazırkı adı verilib.

Batuminin “Bakı”sı daha qədimdir

Batumi şəhərindəki Bakı küçəsi Tbilisidəki eyniadlı küçədən 8 il “yaşlı”dır. Bu küçənin tarixi daha qədim olmaqla yanaşı, həm də çox maraqlıdır. Belə ki, şəhərin mərkəzində yerləşən bu küçəyə Bakı adı 128 il bundan öncə - 1892-ci ildə verilib.

Lakin 1954-cü ildə küçənin adı Qoqebaşvili adına dəyişdirilib. 2010-cu ilin avqustunda isə Batumi Şəhər Şurasının yekdil qərarı ilə küçəyə tarixi Bakı adı qaytarılıb.

Küçənin adını bildirən lövhələr müxtəlif formalara malikdir. Bəzi lövhələrdə Bakı adının ingilis dilində tərcüməsi gürcü səslənməsinə uyğun olaraq “Bako” kimi yazılıb.

Bakı küçəsini bir sıra köhnə və yeni tikililərlə yanaşı, 2015-ci ilin mayında açılan Azərbaycan Dövlət Neft Şirkətinin Acarıstan nümayəndələyinin inzibati binası da bəzəyir.

Batumidə mərkəzi küçələrdən birinə Bakı adının verilməsi şübhəsiz ki, həmin dövrdə Azərbaycan paytaxtının bu şəhərin inkişafında oynadığı böyük rolla əlaqəli olub. Belə ki, 1883-cü ildə Bakı və Batumi arasında magistral dəmir yolu xətti ilə neftin nəql olunmasına başlanılır. 1897-1907-ci illərdə isə iki şəhəri birləşdirən neft boru kəməri inşa olunur. Bakı nefti Batumidə sənayenin inkişafına təkan verməklə yanaşı, Qara dəniz sahilində yerləşən bu şəhəri dünyanın əsas və iri limanlarından birinə çevirir.

Marneulidəki “Bakı”nın tarixi naməlum qalır

Gürcüstanda azərbaycanlıların yaşadıqları Marneuli rayonunundakı küçələrdən biri də Bakı adlanır. Araşdırma zamanı bu küçənin tarixi barədə hər hansı bir mənbəyə rast gəlinmədi. Marneulinin bir neçə sakini arasında apardılan kiçik sorğu da Bakı küçəsinin dəqiq yeri və tarixi barədə heç bir məlumatı üzə çıxarmayıb.

BakuCity.az

Bakı küçə Tbilisi Batumi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Toksikologiya şöbəsinə yerləşdirilib Bakıda 40 yaşlı kişi spirtli içkidən zəhərlənib. BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə yanvarın 24-i saat 19 radələrində, paytaxtın Xətai rayonu Q.Nəbi küçəsi ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Şahmalı Əzimov "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içərək zəhərlənib. O, spirtli içki diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiy...
Hadisələr
Yaralılar xəstəxanadadır Bu gün səhər 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə BakuCity.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən "VAZ 2107" markalı minik avtomob...
Hadisələr
Zəlzələnin gücü 6,8 bal olub Türkiyənin Malatya və Elazığ əyalətlərində güclü zəlzələ baş verib. BakuCity.az xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 1015 nəfər yaralanıb. Dağıntılar altında qalanların olduğu bildirilir. Xilasetmə əməliyyatları davam edir. Zəlzələnin gücü 6,8 bal olub. Təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, eləcə də İraqın Ərbil və Duhok vilayətlərində hiss olunub. BakuCity.az
Cəmiyyət
Komitə hesabat verdi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamları ilə ötən il təsdiq olunmuş və ölkə üzrə tikintiyə icazələrin verilməsi üçün əsas olan 371 şəhərsalma əsaslandırılması ilə inşası nəzərdə tutulan tikinti obyektlərinin yerüstü mərtəbələrinin ümumi sahəsi 4 647 211 kv.m təşkil edir ki, bunun da 2 520 808 kv.m-lik hissəsi mənzillərdir.  BakuCity.az-ın məlumatına görə, bu barədə komitənin sədri Anar Quiliyev qurumda keçirilmiş geniş...
Cəmiyyət
Zərflər fevralın 7-də açılacaq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yüksək gərginlikli avadanlıqlara illik texniki servis xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir. BakuCity.az-ın məlumatına əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 4 fevral 2020-ci il saat 17:00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 fevral 2020-ci il saat 17...
Cəmiyyət
2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib 1 fevral 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək. BakuCity.az xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaş...
Cəmiyyət
Nəzarət gücləndirilib Bakı Nəqliyyat Agentliyi hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edib. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, qurum sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmağı xahiş edib: “Sərnişinlər dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin Nəqliyyat Mübadilə mərkəzlərinin ərazisində eyni qaydalara riayət...
Hadisələr
Avtomobillərə ciddi ziyan dəyib Ötən gün paytaxda yol nəqliyyat hadisəsi baş verib. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Nizami küçəsi ilə Keykab Səfərəliyeva küçəsinin kəsişməsində işıqforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobillə toqquşub. Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil işıqforun dirəyinə çırpılaraq onu aşırdıb. Hadisə nəti...
Cəmiyyət
Körpələr evində 3 yaşa qədər uşaqlar saxlanılır Son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillərin 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə...