Bakıda böyük soyğunçuluq: “Dedilər ki, gedək, qohumlarımızın evinə girək” - VİDEO

Laqunda ilə seyfi açdıq, pulu götürdük və çıxdıq

“Maşının içində həmişə evin açarı olurdu. Bir dəfə başqa bir açarın surətini çıxarmağımı demişdilər. Elə o vaxt həm çöl, həm də ev qapısının açarının surətini çıxarıb özümdə saxlamışdım”.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Bakıda mənzildən 5700 manat, 6000 dollar və 60 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən dəstə üzvlərindən biri olan Tural Abbasov deyib.

Tural Abbasov zərərçəkənin yanında sürücü olaraq çalışıb. Mənzildən oğurluq etmək təklifini zərəçəkənin sürücüsü olan T.Abbasovun verdiyi məlum olub. O, ifadəsində evin açarının surətini daha əvvəl çıxarıb özündə saxladığını deyib:

“Tural Abbasovun qohumunun evində sürücü işləyirdim. Evdə pul olduğunu, dekabr ayının 26-da tədbir olacağını, ev sahiblərinin restoranda olacağını da bilirdim. Həmin gündən istifadə edib, belə bir iş görmək üçün Bəhruz Abbasov adlı başqa bir qohumumla danışdım. Dedim ki, içində çoxlu pul olan belə bir ev var. Əvvəlcə razı olmadı. Bir müddət sonra yenə oturub bu barədə danışanda razılaşdı. Hətta dedi ki, bizə bir nəfər də lazımdır. İkimiz bu işi görə bilmərik. O da Elmir adlı tanışına dedi. Üçümüz oturub danışdıq. Evdə seyf olduğu üçün bizə kəsici vasitə lazım idi. Laqunda tapdıq”.

Saxlanılan şəxslərdən Bəhruz Abbasov deyib ki, puldan ona 3300 manat veriblər:

“Turalla Elmir evə girdilər. Həmin anda mənə dedikləri maşın gəlmədi. Mən də onlara xəbər vermədim. Onlar öz işlərini görüb qurtardıqdan sonra taksi ilə gedib onları götürdüm. Pulu alandan sonra mənə üç min üç yüz manat pul verdilər. İkinci dəfə də qızılları verəndən sonra 7000 manat pul verdilər.

Cəfərə təklif etdim ki, oğurluq mal var, yerbəyer etməyini istəyirəm. O da razılaşdı. Malları ona vermək üçün götürüb Masallıya apardım. Dörd gündən sonra Cəfər bura gələrək mənə 7000 manat pul verdi”.

Saxlanılan şəxs Elmir Əsgərov isə ifadəsində bu işi ona Turalla Bəhruzun təklif etdiyini deyir:

“Dedilər ki, gedək, qohumlarımızın evinə girək, pulu götürüb çıxaq. Evə girəndə Bəhruz çöldə qalmışdı. Tural qapını açarla açdı, evə girdik. Laqunda ilə seyfi açdıq, pulu götürdük və çıxdıq”.

BakuCity.az

Bakı soyğunçuluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Tovuz istiqamətində düşmən növbəti dəfə təxribat törədib. Bu gün saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Həmçinin oxu: Azərbaycan Ordusunun çavuşu şəhid oldu BakuCity.az xəbər verir ki, Şəhid olan kiçik çavuş Məmmədov Elşən Əli oğlu Tovuzun Qaziqulu kəndin...
Cəmiyyət
Vəziyyət gərginləşir. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir. Amma bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və düşmən ağır itkilərə məruz qalıb. BakuCity.az xəbər verir ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində...
Cəmiyyət
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. BakuCity.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtə...
Cəmiyyət
"COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq". BakuCity.az xəbər verir ki, bunu "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində deyib. Bill Qeyts ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütovlükdə nə vaxt normallaşa biləcəyi barədə bunları deyib: "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başla...
Cəmiyyət
Seçim vaxtı uzadıldı. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı bu gün saat 10:00-dək uzadılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, amma ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq ed...
Cəmiyyət
Böhran olacaq. “Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək ekoloji böhrandan xəbər verib. BakuCity.az xəbər verir ki, Bill Qeyts ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır. “Microsoft”un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşk...
Cəmiyyət
Nazirlər Kabinetinin bir sıra yeni gömrük qaydaları. Azərbaycanda şəxsi istifadə üçün malların rüsumsuz idxalı ilə bağlı yeni qaydalar sentyabrın 21-dən qüvvəyə minəcək. BakuCity.az xəbər verir ki, bu qərarı Baş nazir Əli Əsədov imzalayıb. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, indi sərhəddən bir vətəndaş özü ilə rüsum ödəmədən cəmi 800 ABŞ dolları dəyərində mal keçirə bilər. Bu limit indiyə qədər 1500 dollar olub. Eyni qərar onlayn sifarişlərə də...
Cəmiyyət
Gəncədə 46 saylı orta məktəb bağlanıb. BakuCity.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq əmri ilə məktəbin fəaliyyətinə xitam verilib. Beləliklə, 46 saylı orta məktəbin müəllimlərinin və 154 şagirdinin bir qismi bu ərazidə inşa olunan 1170 yerlik 28 nömrəli məktəbə köçürülüb. Ərazidə sosial evlərin tikiləcəyi də nəzərdə tutulub. Müəllimlərin qalan hissəsi Gəncədəki digər orta məktəblərdə işlə təmin olunub. (konkret.az) BakuCity.az
Hadisələr
Bakının Nizami küçəsi ev 91 (“Torgovaya”) ünvanındakı yaşayış binasında uçqun baş verib. BakuCity.az xəbər verir ki, bu barədə modern.az-a sakinlər məlumat veriblər. Məlumata görə, 10 mərtəbəli binada damın bir hissəsi çöküb və dağıntı qalıqları mənzillərdən birinin içinə tökülüb. “Hadisə nəticəsində binanın damında böyük bir deşik əmələ gəlib, ciddi təhlükə yaranıb. Mərtəbəarası döşəmə və örtüklər taxtadandir. İndiki vəziyyətdə Allahın ümidinə qalmışıq. Q...