Bakıda müəllim və valideynlərin müraciətləri dinləniləcək

Bakıda müəllim və valideynlərin müraciətləri dinləniləcək

Saat 10:00-da başlayacaq

Yanvarın 17-də müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, paytaxtın 275 nömrəli tam orta məktəbində (Ünvan: Yeni Günəşli qəsəbəsi, A/B yaşayış massivi) Suraxanı və Xətai rayonları üzrə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, səyyar qəbulun təşkil edilməsində əsas məqsəd vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılmasından ibarətdir.

BakuCity.az

müəllim valideyn səyyar qəbul
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər