Bakıda 14 yaşlı qız itkin düşüb: Qonşular gecə qapıya taksi gəldiyini görüblər - FOTO

Bakıda 14 yaşlı qız itkin düşüb: Qonşular gecə qapıya taksi gəldiyini görüblər - FOTO

Ailəsi polis şöbəsinə müraciət edib

Bakıda 14 yaşlı qız itkin düşüb.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Aysel Salahova dünən gecə saatlarında Bilgəhdə yaşadığı evdən çıxıb, geri qayıtmayıb.

Qonşular gecə saat 00-01 radələrində qapıya taksi gəldiyini görüblər. Bundan savayı heç bir məlumat yoxdur.

Həmçinin oxu: İtkin düşən 14 yaşlı Mədinə tapıldı

Ayselin ailəsi artıq itki ilə bağlı yaşadıqları ərazinin polis şöbəsinə müraciət edib.

Yeniyetməni gorənlərdən 050 201 93 93 nömrəsinə zəng vurmaq və ya yaxınlıqdakı hüquq-mühafizə orqanlarına məlumat vermək xahiş edilir.

Qeyd edək ki, A.Salahovanın ailəsi qızlarının tapılması üçün ARB-nin "Elgizlə izlə" proqramından kömək istəyiblər.

Bakıda 14 yaşlı qız itkin düşüb: Qonşular gecə qapıya taksi gəldiyini görüblər - FOTO, fotoşəkil-1

BakuCity.az

Bakı itkin qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər