Zahir Əzəmət namizədliyinin qeydə alınmamasının səbəbini açıqladı

"Səbəb kimi əmlak bilgilərimdə uyğunsuzluq göstərildi"

45 saylı Abşeron Dairə Seçki Komissiyası (DSK) tanınmış jurnalist Zahir Əzəmətin (Rəhimov) növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almayıb.

Bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, Əmlak Məsələri Dövlət Komitəsi DSK-ya və ona başqa rəy verib: 

"Bu gün saat 17:00-da Dair Seçki Komissiyası formal bir toplantı keçirərək, mənim namizədliyimi qeydə almaqdan imtina etdi. Topladığım imzalar və digər imzalarla bağlı hər şey qaydasında idi. Lakin DSK absurd bir səbəbdən imtina qərarı qəbul etdi. Səbəb kimi əmlak bilgilərimdə uyğunsuzluq göstərildi.

Amma məsələ burasındadır ki, mən respublika üzrə adıma hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində rəsmi arayış almış və DSK-ya verdiyim məlumatları onun əsasında tərtib etmiş, həmin rəsmi arayışı da bildirişə əlavə etmişəm. İndi isə məlum olur ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin ata yurdumuza ailə üzvü olaraq mənim də adımın keçdiyini yazıb, amma bundan 13 gün sonra mənə verdiyi cavabda bunu qeyd etməyib. Bunu özümə qarşı qurulmuş oyun, qərəz adlandırmağa tam əsas yaranır.

Üstəlik, DSK-ya həm də Əmlak Komitəsindən aldığım rəsmi arayış təqdim etməyim onu göstərir ki, birincisi, uyğunsuzluq mənim yox, dövlət qurumunun verdiyi məlumatdadır. İkincisi, bu, sübut edir ki, bu, məlumatın tərəfimdən məqsədli gizlədilməsi deyil. Seçki Məcəlləsinin 58.2-ci madddəsinə görə, bu uyğunsuzluq qəsdən edilməyibsə, DSK onu aradan qaldırmaq üçün namizədə 48 saat vaxt verməlidir. Amma DSK sədri Dilşad Abbasova qanunun tələblərini kobud şəkildə pozaraq, rəsmi dövlət qurumunun verdiyi arayışı tanımaqdan imtina edərək, çox nümayişkaranə şəkildə məni qeydə almaqdan imtina etdi. Komissiya üzvlərinin davranışları da göstərdi ki, ümumiyyətlə, burada iclaslar tamamilə formaldır, onların heç nədən xəbəri yoxdur. Bəziləri hətta iclasın sonunda gəlib çıxsalar da, nədən söhbət getdiyini bilmədən, sədr nəyə əl qaldırdısa, ona da əl qaldırdılar”.

Sonda Zahir Əzəmət Prezident İlham Əliyevin bu mövzuda xüsusi həssalıq göstərəcəyinə ümidvar olduğunu bildirib: 

"Əlbəttə, DSK-nın bu qanunsuz qərarından şikayət edəcəyik. Çünki bu qərar, ilk növbədə, ölkədəki seçki prosesinə, onun demokratik və sağlam rəqabət mühitində keçiriləcəyi ilə bağlı ümidlərə kölgə salır”.

BakuCity.az

Zahir Əzəmət parlament seçkiləri namizəd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub.  BakuCity.az xəbər verir ki, əməkdar artist xəstəxanaya yerləşdirilib. Ondan götürülmüş koronavirus testinin nəticəsi pozitiv çıxıb. Hazırda temperaturu bir qədər yüksək olsa da Bəhram Bağırzadənin vəziyyəti stabildir. (baku.ws) BakuCity.az
Cəmiyyət
Sərt karantin rejimi hər həftəsonu olacaq?  Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu...
Kriminal
Bakıda karantin qaydalarını pozaran market aşkarlanıb. Ötən gün Bakının Xətai rayonu, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında sərtləşdirilmiş karantin qaydalarını pozaran market aşkarlanıb. BakuCity.az xəbər verir ki, hadisə yerinə polis qüvvələri cəlb edilib, marketi işlədən sahibkar və işçiləri saxlanılıb. BakuCity.az
Cəmiyyət
Bu günlərdə "103" çağırış xidmətinə edilən zənglərin sayı artıb. Ciddi karantin rejimi tətbiq edilsə də, təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. BakuCity.az xəbər verir ki, təcili tibbi yardım işçiləri evlərindən çıxa bilməyən xəstələrə yardım etmək üçün əllərindən gələni edirlər.  Təcili tibbi yardım xidmətindən bildirilib ki, artımla bağlı dəqiq statistik məlumat verə bilməsələr də, müşahidələr əvvəlki günlərə...
Kriminal
Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb. BakuCity.az xəbər verir ki, hadisə dünən, şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb. N.Rəhimov ürəyindən bıçaqlanaraq öldürülüb. Z.Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity...
Cəmiyyət
Bakıda evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlər polis tərəfindən evə qaytarılıb. Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb. Bəzi paytaxt sakinləri isə bu qadağa ilə barışmaq istəmirlər. BakuCity.az xəbər verir ki, bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbərlər yayılsa da, budəfəki hadisə bi...
Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...