Bakcell yeni “099” prefiksini istifadəyə verdi

Bakcell yeni “099” prefiksini istifadəyə verdi

Əlamətdar günləriniz nömrələrdə əks olunsun

Bakcell şirkəti özünün yeni “099” (və ya beynəlxalq yığım qaydası +99499 olan) mobil prefiksini kommersiya istifadəsinə verib.

Şirkətdən BakuCity.az-a verilən məlumata görə, nömrələrin satışı bu gündən etibarən həyata keçiriləcək.

İlkin mərhələdə Bakcell abunəçilərinə “099”la başlayan və uşaqların doğum günü və ya həyatlarının hər hansı əhəmiyyətli günü ilə bağlı olan xüsusi kombinasiyalı mobil nömrələr əldə etmək imkanı veriləcək.

Yeni 099 prefiksi ilə başlayan fərdi mobil nömrəni əldə etmək üçün “Bakcell”in istənilən diler mağazasına getmək və ya nomre.bakcell.com internet səhifəsindən istifadə etmək olar.

Qeyd edək ki, “099”la başlayan nömrələr aylıq abunə haqqı ilə təklif olunan aşağıdakı tariflərdən biri ilə aktivləşdirilir: “CIN5”, “DaimOnline6”, “DaimOnline10”, “Klass L”, “Klass XL”, “Klass XXL”, “Klass 3XL”

BakuCity.az

Bakcell 099 nömrə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər