Bakı-Sumqayıt şosesindəki tıxacın qarşısı iki yolla alınacaq

Bakı-Sumqayıt şosesindəki tıxacın qarşısı iki yolla alınacaq

İşlərin mayın sonunadək tamamlanması nəzərdə tutulur

Bakı-Sumqayıt yolunda yaranan tıxacın aradan qaldırılması üçün dairəvi yoldan Yeni Yasamal massivinə yol çəkilməsi nəzərdə tutulub.

BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib.

O bildirib ki, Bakıdan Sumqayıta qədər olan 28 km yol 2008-ci ildən etibarən genişləndirilərək 2011-ci ildə istifadəyə verilib:

“Həmin dövrdə yol 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulmuşdu. Amma son dövrlərdə Sumqayıt şəhərində tikilmiş sənayə parkları, yeni müəssisələr, ali təhsil ocaqları və s. şəhərə axını çoxaldıb. Gün ərzində Bakıdan Sumqayıta 12-14 min, Sumqayıtdan Bakıya isə 10-12 min avtomobil hərəkət edir. Bunu nəzərə alaraq yolun genişləndirilməsi üçün göstəriş verilib"

O qeyd edib ki, mayın sonuna qədər işlərin tamamlanması nəzərdə tutulur:

"Artıq işlərə başlanılıb, yolun genişləndirilməsinə mane olan yaşıllıqlar başqa əraziyə köçürülüb. Yeraltı süni qurğuların köçürülməsi işləri də görülür. 

Sumqayıtdan gələn axın Bakı Beynəlxalq Avtovağzalının arxasındakı yolla Alatava istiqamətində davam etdiriləcək və bu ərazidə ikizolaqlı yeraltı tunel salınacaq. Digər variant isə dairəvi yoldan Yeni Yasamal massivinə yol çəkilməsidir. Bununla "butulka effekti"nin qarşısının almaq mümkün olacaq".

BakuCity.az

Bakı Sumqayıt yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər