Ramana qalası bir ailənin ümidinə qalıb: “Düşmən çəpəri”miz niyə unudulur? - VİDEO

"Bakıətrafı qalaların təmiri gələcək üçün nəzərdə tutulub"

Ramana, Nardaran, Bilgəh, Mərdəkanın dördkünc və dairəvi qalaları...  Tarixə şahidlik edən bu tiklilər Abşeronun əhəmiyyətli abidələri sırasınadır. Amma nədənsə əksəriyyətimiz Bakı və Bakı ətrafındakı bu qalalar haqqında az məlumatlıyıq.

BakuCity.az xəbər verir ki, səbəbini Azərbaycan Televiziyasının əməkdaşı Ramana qalası fonunda araşdırıb, sözügedən tikilinin vəziyyəti ilə maraqlanıb.

Ramana qalasının nə dəqiq tarixi bəllidi, nə də hansı məqsədlə inşa edildiyi. Bəlli olan isə budur ki, Ramana qalası tarixin bizə bəxş etdiyi əhəmiyyətli abidələr sırasınadadır. Qalanın daş kitabəsinin itməsi onun haqqında dəqiq məlumatlar əldə etməyi çətinləşdirir.

İlk baxışdan sadə görünən bu əzəmətli divarlar əsrlər boyu neçə-neçə sakini düşməndən qoruyub. Ağ daşdan tikilən müdafiə qalası Şirvanşahlar dönəmində qəsr kimi də fəaliyyət göstərib. Hazırda isə buranın qorunması, demək olar ki, yaxınlıqda yaşayan ailənin ümidinə qalıb.

Koroğlu, Nəsimi, Babək filmlərinin çəkilişlərinə şahidlik edən qalanın inşasında dəvə yunundan və yumurtanın ağından da istifadə olunub. 1950-ci ildə restavrasiya edilsə də, daxilində təmir işləri aparılmayıb.

Ümumi hündürlüyü 15 metr olan qalada mərtəbələr arasında dolama pilləkənlərdən istifadə edilib. Dövrünün ən mükəmməl­ istehkamlarından biri olmasına baxmayaraq, bu gün qismən unudulub. Hazırda qalanın yuxarısına çıxmaq müşkül məsələdir.  Üst mərtəbədəki döşəmənin­ uçması  digər daş pilləkənə keçməyə imkan vermir.

Tədqiqatçılar bildirirlər ki, nəinki Ramana qalası, eləcə də ətrafda yerləşən digər qalalar bərpa olunaraq turistik məkana çevrilə bilər. Lakin hazırda Ramana qalasının movcud vəziyyəti buna imkan vermir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Emil Məmmədov deyir ki, əslində Avropa və MDB ölkələrindən gələn turistlər Azərbaycanın tarixi məkanları, xüsəsən də Bakıətrafı qalalarla çox maraqlanırlar. Tək məsələ bu məkanların turistlərin ziyarətinə hazır vəziyyətə gətirilməsidir. Mədəniyyət Nazirliyinin rəsmisi isə deyir ki, Bakıətrafı qalaların təmiri gələcək üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, Ramana qalası 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilib.

BakuCity.az

Bakı Ramanı qala
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az