Bakıda xəstəxanada bir gecədə iki nəfərin ölüm səbəbləri açıqlandı

Bakıda xəstəxanada bir gecədə iki nəfərin ölüm səbəbləri açıqlandı

Baş həkim xəstəxanada bir gecədə iki nəfərin ölməsinin səbəbini açıqlayıb

Həkimlərin hər iki xəstə üçün zəruri olan bütün tədbirləri görməsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

BakuCity.azxəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun baş həkimi İman Rzayev deyib.

Onun sözlərinə görə, xəstələrdən biri ürək-ağciyər çatışmazlığından, digəri isə qanaxmadan vəfat edib:

“Hər iki xəstə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Binəqədi rayon sakini 34 yaşlı Rəşad Qəniyev ürək-ağciyər çatışmazlığından əziyyət çəkirdi. Əvvəllər narkotik vasitə istifadəçisi olub. Müalicə dövründə həkim personalı əllərindən gələni ediblər. Hətta xəstə müalicə dövründə kəskin reaksiya göstərərək həkimlərin üzərinə bıçaq da çəkmişdi".

Digər xəstə Lerik rayon sakini 32 yaşlı Qafarov Azad Həsənağa oğlu isə qanaxma ilə daxil olub. Əvvəl vəziyyətinə uyğun olaraq cərrahiyə, daha sonra isə reanimasiya şöbəsinə yerləşdirilib. Gecə saatlarında qəflətən xəstənin ağciyərlərində qanaxma başlayıb və boğulmadan dünyasını dəyişib. Həkimlər hər iki xəstə üçün əllərindən gələni etsə də onların həyatını xilas etmək mümkün olmayıb”.

Xatırladaq ki, hər iki ölüm hadisəsi bu gün Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınıb. 

BakuCity.az

Bakı Xəstəxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər